«İlhaməylə bağlı elə faktlar verəcəm ki...»
Nazpəri Dostəliyeva: «Bir instansiyadan sonra hər şey açıqlanacaq»
AYDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müşfiq Abbasov mərhum «primaddona»nın güdazına getdi
Prokurorluğunun böyük müstəntiqinin həbsi ilə bağlı ilginc fakt
-
«İlhamə Quliyeva ilə mübahisəm oldu, söz güləşdirdik»
Yalçın Rzazadə: «Birini xəstəxanalıq etdim, o biri dedi ki, Yalçın müəllim, vurmayın, filankəsin oğluyam»
-
«Heç kimə icazə vermirəm»
Nazpəri Dostəliyeva əsəbiləşdi
-
«Müxalifətin İlhamə Quliyevası ...»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
-
«Kimdir xalqının artisti?»
Flora Kərimova ilə İlhamə Quliyevanın fərqi
-
«Sentyabrdan etibarən yeni layihələrimin təqdimatına başlayacam». Bunu AzNews.az-a xalq artisti Nazpəri Dostəliyeva deyib.
Qardaşının vəfatından sonra səhnədən ayrı düşən sənətkar, növbəti aydan etibarən yaradıcılığa davam edəcəyini bildirib: «Yeni mahnılar yazdırdım. Konsert layihəm də var. Mən özüm üçün yaşamıram. Məndən nə tələb olunursa, hamısını tamaşaçılarıma verəcəm. Mən tamaşaçılarımın mesajlarını oxuyuram, görürəm ki, onlar mənim üçün necə darıxıblar. Sentyabrın 1-dən artıq iş başında olacam. Yarımçıq qalan işlərim hamısı tamamlanacaq».
N.Dostəliyeva xalq artisti İlhamə Quliyeva ilə arasında gedən məhkəmə çəkişməsi barədə də danışıb. O, bildirib ki, Ali Məhkəmənin qərarı hələ son deyil: «Hələ bir instansiya da var. Sonda hər şey açıqlanacaq. İlhamə ilə bağlı hər şey bilinəcək. Mən də sizə bunlarla bağlı elə açıqlamalar, elə faktlar verəcəm ki...»