vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
23:35 | 23 noyabr 2014 | Bazar Məqaləyə 3783 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kimdir xalqının artisti?»

Flora Kərimova ilə İlhamə Quliyevanın fərqi

Seymur VERDİZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

23.11.14 - Flora Kərimova ilə İlhamə Quliyevanın fərqi...

Azərbaycanda böyük sənətkarlar arasında həmişə konflikt olub. Niyazi Fikrət Əmirovla, Ədil İsgəndərov Ələsgər Ələkbərovla, Hacıbaba Bağırov isə «Muzkomediya»nın direktoru vəzifəsinə təyinat alandan sonra Siyavuş Aslanla danışmayıb. Sənət dostları nə qədər təkid etsələr də, bu adamlar son nəfəslərində də bir-birilərinə halallıq verməyiblər.

Təəssüf ki, bu mənfi tendensiya indi də davam edir. Azərbaycanın iki xalq artisti – Flora Kərimova ilə İlhamə Quliyeva uzun illərdən bəri küsülüdürlər. Ağlım kəsəndən, əlimə qələm alıb cümlə qurmağa başladığım gündən bu konfliktin şahidi olmuşam. Müşahidələrim onu deməyə əsas verir ki, bu qarşıdurmada çoxluq birincinin tərəfindədir. Bunun səbəbi odur ki, Flora xanım ünsiyyətcil insandır, uşaqla uşaq, böyüklə böyük kimi davranır, özünü sadə aparır. Tamaşaçı müğənninin təkcə səsinə deyil, həm də səviyyəsinə qiymət verir.

İlhamə Quliyevaya qarşı böyük bir cəbhənin yaranması səbəbsiz deyil. O, sənət aləmini bir barmağı ilə idarə etmək istəyir. Biz İlhamə xanımın tez-tez özünə ad verdiyinin şahidi oluruq. Ehtiyac olsa, mən həmin adların bir neçəsini burada sadalaya bilərəm. Amma İlhamə Quliyeva təkcə özünə ad verməklə kifayətlənmir. İndi o, gənc müğənniləri də müxtəlif titullarla «təltif edir». Bu səlahiyyəti İlhamə xanıma kim verib? Bu sualın cavabı olmadığı üçün İlhamə Quliyevanın «adqoyma mərasimi» süni qarşılanır.

Üç-dörd gün əvvəl «Space» televiziyasında canlı efirdə bir verilişi izləyirdim. İlhamə xanım studiyaya bağlananda aparıcı da, qonaqlar da ayağa qalxdılar. İlhamə Quliyeva danışıb qurtarana kimi hamı əlini-qolunu yanına sallayıb, əsgər kimi dayandı. Düzdür, İlhamə xanım heç kimə deməmişdi ki, o danışanda hamı ayağa qalxsın. Amma o, studiyadakı qonaqların ayağa qalxdığını görəndə deyə bilərdi ki, uşaqlar, əziyyət çəkməyin, oturun yerinizdə. Mən bu hadisəyə görə verilişin aparıcısını qınamaq fikrində deyiləm. Aparıcı reytinq xatirinə İlhamə Quliyeva ilə telefon bağlantısı yaratmışdı. O, yaxşı bilir ki, İlhamə xanım danışanda ayağa qalxmasa, ömrünün sonuna kimi bir də onu verilişinə dəvət edə bilməyəcək.

Dünən Flora Kərimova ilə eyni televiziya proqramında iştirak edirdim. Flora xanım ekspertlər arasında ən təcrübəli adam olsa da, studiyaya hamıdan əvvəl gəlmişdi. Yaxınlaşıb hal-əhval tutmaq istəyəndə, o, dərhal ayağa qalxdı. Hansı ki, mən onun yerindən qalxmaması üçün çox çalışdım. Məndən sonra ən azı 10 nəfər Flora xanıma yaxınlaşıb, onunla görüşdü. Hətta övladı ilə yaşıd olan gənclər də gələndə Flora xanım ayağa qalxıb, onlarla ədəb-ərkanla görüşür, hal-əhval tuturdu. Elə oradaca qərar verdim ki, bir məqalə yazıb, bu nəcib əməli təbliğ etmək lazımdır. Sənət adamlarının, bəzi tanınmış insanların Flora Kərimovadan nümunə götürmələri lazımdır.

Sadəlik nəciblik, gözəllik əlamətidir. Sadəlik insanın bəzəyidir. Təkəbbürlü adamı təkcə bəndələr deyil, Allah-Təala da sevmir... (qafqazinfo.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)