«Zəhərləyib öldürəcəyəm...»
Flora Kərimova hədələdi
Cəvahir Səlimqızı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«... Orxan Pamukdan incidim»
Afaq Bəşirqızı: «... Nəsibə Zeynalova ilə müqayisə olunmağım düzgün deyil»
-
«O yolla getmək istəməzdim»
Flora Kərimova: «A bala mənə lazımdırsa, özüm güləcəm də…»
-
«Kimdir xalqının artisti?»
Flora Kərimova ilə İlhamə Quliyevanın fərqi
-
«Qorxa-qorxa qorxudan çıxmışam»
«Küçə süpürərəm, kiməsə «məni dolandır» demərəm»
“2013-cü il mənim ilimdir. Mən ilan ili, şir bürcündə doğulmuşam. Açın qulağınızı eşidin, kim mənim ayağımı tapdalasa, dönüb çalacağam. Özü də mən zəhərli ilanam, bütün zəhərimi tökəcəyəm və düşmənimi zəhərləyib öldürəcəyəm…”
Xalq atisti Flora Kərimova Publika.Az vasitəsi ilə düşmənlərinə sərt ismarış ötürdü. Düşmənlərinə bəribaşdan onunla ehtiyatlı davranmağı məsləhət gördü: “Şir bürcündə doğulanlar qüdrətli, güclü və sadiq adamlar olur. Üstəgəl də İlan ilində doğulmaq o deməkdir ki, bizimlə ehtiyatlı olmaq lazımdır. Amma bir iş də var ki, ilanlara dəyməsən, sənə xətər toxundurmaz. Vay o gündən ki, ilanın quyruğunu tapdalayasan, bax onda ilanın üzünü görmə. Səni elə zəhərləsin ki, yerində qalasan”.