Seymur Həzi saxlanıldı
Polis «Azadlıq»ın köşə yazarını xuliqanlıqda günahlandırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«1 milyon xərcləyib...»
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
-
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi xuliqanlıqda suçlanır. «Qafqazinfo» xəbər verir ki, bunu sonrakı açıqlamasında vəkil Elton Quliyev deyib. O bildirib ki, Seymur Həzi CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə təqsirli bilinir və hazırda Abşeron Rayon Polis İdarəsindədir.
***
15:23
Avqustun 29-da «Azərbaycan saatı» proqramının aparıcısı, «Azadlıq» qəzetinin redaktoru, AXCP üzvü Seymur Həzini polis saxlayıb.
Bu barədə «Azadlıq» radiosuna vəkil Elton Quliyev məlumat verib.
«Mənə zəng elədi, bircə onu dedi ki, Abşeron polisi məni saxlayıb. Başqa bir söz deyə bilmədi» - deyə vəkil bildirib.
Abşeron Rayon Polis İdarəsindən jurnalistin hansı səbəbdən saxlanması barədə məlumat almaq mümkün olmayıb.