vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:31 | 30 avqust 2014 | Şənbə Məqaləyə 2579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovskinin yenə tutması tutub

LDPR sədri Rusiyanı cənuba hücuma çağırdı: «Azərbaycan Qarabağı almaq istəyəcək...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri, bu yaxınlarda anti-Azərbaycan çıxışlarını dayandıran və mövqeyini kəskin dəyişdirərək ölkəmizə təriflər yağdıran Vladimir Jirinovski yenidən öz ampluasına qayıdıb. Virtualaz.org saytı LDPR-in saytına istinadən xəbər verir ki, Jirinovskinin partiyası Rusiyanı «müsəlman cənubuna» hücuma çağıran xüsusi broşüra yayıb.

«Cənub - müharibədir» adlı broşürada göstərilir ki, Rusiya cənubdan onun ərazisinə hücumlara imkan verməmək üçün özü cənuba doğru hücum etməlidir.

Broşüranın giriş mətnində Vladimir Jirinovski bildirir ki, onun partiyası Rusiyanın siyasətinin Qərbə yox, Cənuba istiqamətlənməli olduğunu əvvəllər də bəyan edib. İndi isə 2014-cü ildə baş verən hadisələr, Krımın Rusiyaya birləşdirilməsindən sonra NATO-nun Qara dəniz regionunda fəallaşması, Orta Asiyada İslam radikalizminin artması, Şimali Qafqazdakı yaraqlıların xaricdən maliyyələşdirilməsi, Suriyada baş verənlər və s. partiyanın mövqeyinin düzgünlüyünü göstərir.

«Rusiyanın xarici siyasətini təkcə Qərbə və Şərqə istiqamətləndirməyə son qoymaq və Cənuba üz tutmaq vaxtıdır. Axı bizi müharibə bə qaçqın axını məhz oradan təhdid edir» - deyə Jirinovski bildirir.

LDPR liderinin sözlərinə görə, cənubdan təhdidlərin qarşısını almaq üçün xalqın iradəsinin tam səfərbər edilməsi lazımdır.

«Bizim üçün Suriyadakı müharibə xüsusən təhlükəlidir. Əgər ABŞ orada Liviya ssenarisini tətbiq etsə, yüz minlərlə qaçqın Türkiyəyə axacaq. Suriyanın şimalında kürdlər ayağa qalxacaq. İranın qərbində kürdlər silahlanacaq. Azərbaycan isə bu vaxt Qarabağı almağa cəhd edəcək. Və bütün bu dişinə qədər silahlanmış insan kütləsi Şimali Qafqaza üz tutacaq. Yaxın Şərq inqilablarının, müharibələrinin və xaosunun alovunun Cənubi Qafqaza yayılmasına imkan verməmək üçün tədbirlər görməyin vaxtıdır. Axı hadisələrin belə inkişafı Şimali Qafqazda partlayış yaradacaq. Biz Həştərxan-Volqoqrad-Voronej-Rostov-Belqorod cəbhə xətti ilə üzləşməli olacağıq» - deyə Jirinovski cənuba hücum doktrinasını əsaslandıraraq yazır.