vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
23:51 | 6 sentyabr 2014 | Şənbə Məqaləyə 990 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı milyarderin bazarında atışma

4 nəfərin yaralandığı davanı yatırtmaq üçün polis dəstələri göndərilib

Moskvada prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan azərbaycanlı iş adamı İlham Rəhimova və ortaqlarına məxsus «Sadovod» bazarında atışma ilə müşayiət olunan kütləvi dava baş verib.

Virtualaz.org saytı xəbər verir ki, bu gün axşam baş vermiş davada 4 nəfər yaralanıb və xəstəxanaya aparılıb.

Şahidlərin bildirdiyinə görə qarşıdurmada 200-dən çox adam iştirak edib. Onlar dəyənəklərlə və tapançalarla silahlanıb. Atışma səslərindən sonra bir nəfərin yerdə hərəkətsiz halda uzandığı, onun öldüyünün güman edildiyi bildirilir. İki avtomobil əzilib, bazarın mühafizəçiləri qarşıdurmanı dayandırmaq üçün qapıları bağlayıblar, lakin hasarın çöl tərəfindəki kütlə mühafizəçilərə daş və dəyənəklərlə hücum edib.

Qarşıdurmanı sakitləşdirmək üçün «Sadovod»a bir neçə polis naryadı göndərilib. Polisdən bildirildiyinə görə davanın qarşısı alınıb və 4 nəfər travmatik tapançadan açılan atəşlə xəsarət alıb. İnsidentdə park yeri üstündə mübahisənin səbəb olduğu bildirilir. «Sadovod» bazarında əvvəllər də bu cür kriminal hadisələr-kütləvi dava-dalaş, atışma, soyğunçuluq və s. hallar baş verib.