vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
11:53 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2326 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 deputatdan Tale Heydərova dəstək

AAC BMT-nin sənədində məcburi köçkünlərlə bağlı dəyişiklik etmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya Parlamentinin İcmalar Palatasında hər partiyanı təmsil edən 50-dən artıq parlament üzvü BMT-nin Dünya Qaçqınlar Gününün BMT-nin Dünya Qaçqın və Ölkə Daxilində Köçürülmüş Şəxslər (məcburi köçkün) Günü kimi qeyd olunmasını təklif edən sənədə imza atıblar.

Bu barədə «Trend»ə Avropa Azərbaycan Cəmiyyətinə (AAC) istinadən məlumat verir.

Sənəd Liberal Demokrat Partiyasının sədr müavini və Beynəlxalq İnkişaf Komitəsinin sədri Ser Malkolm Brüs tərəfindən müzakirəyə çıxarılıb. Bu, onun Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycana təşkil etdiyi səfəri zamanı azərbaycanlı məcburi köçkünlərin düşərgələrinə səfərindən sonra baş verib.

Digər sponsorlar Mühafizəkar Partiyasının üzvü, keçmiş nazir Peter Bottomley, həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Bləkman da Azərbaycandakı məcburi köçkün düşərgəsinə səfər ediblər. Leyborist Partiyasının üzvləri Alan Meale, Anne Beqq, Əmək və Pensiya Komitəsinin sədri və Demokratik Birliyin təmsilçisi Cim Şannon da bu təşəbbüsü dəstəkləyənlər sırasındadırlar.

Dəstəyin böyük hissəsi Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşəbbüsü olan «Many Happy Return»s (Xoş Arzularla) kampaniyası (www.manyhappyreturnsidp.com) çərçivəsində göstərilib.

Bu kampaniya dünyada ən çox məcburi köçkün əhaliyə malik ölkələrdən olan Azərbaycana yönəlib. Britaniya Parlament üzvlərinə göndərilən açıqcaların üzərində olan məcburi köçkün düşərgələrində yaşayan bir neçə kişi, qadın və uşaq fotolarını əks etdirən təsirli şəkillər onları bu təşəbbüs sənədini imzalamağa sövq edib.

Avropa Azərbaycan Cəmiyyətinin sədri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.

Ümumilikdə, Azərbaycanda 1 milyona yaxın məcburi köçkün və qaçqın var. Didərginlər Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalından zərər çəkən insanlardır və hazırda onlar Azərbaycanda mövcud olan düşərgələrdə məskunlaşıblar. Bu hərbi işğal BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq 20 ildən çoxdur ki, davam edir.