vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:03 | 8 avqust 2014 | Cümə Məqaləyə 2270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Erməni siyasətçilər odla oynayır»

Alman deputat ermənilərlə bağlı konkret mövqe tutdu

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini dəstəkləyirəm. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Erməni siyasətçiləri bunun əksini iddia etməklə odla oynayırlar».

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, bunu Almaniyanın Xristian Demokrat İttifaqının ölkə parlamentindəki deputatı Stefen Kanitz Qarabağ münaqişəsinə dair fikirlərini açıqlayarkən deyib.

S.Kanitz qeyd edib ki, Avropada ərazi bütövlüyü prinsipinin tətbiqi Ermənistanın Azərbaycana qarşı zorakılığına qədər birmənalı olub: «Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini və Dağlıq Qarabağı işğal etməklə özünü beynəlxalq hüquq standartlarından nəzərəçarpacaq dərəcədə kənarlaşdırdı. Belə bir davranış biz - parlamentarilər tərəfindən xoş qarşılana bilməz.

Avropa Şurasının Parlament Assambleyası açıq-aydın bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa ziddir. AŞ PA-nın həmin qətnaməsini rəhbər tutan  Almaniya və Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Sovet İttifaqının süqutundan sonra Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edərək, bir milyona yaxın azərbaycanlını didərgin vəziyyətinə saldı. Aydındır ki, insanların bu acınacaqlı durumuna biganə qalmaq olmaz. Buna görə də biz münaqişənin sülh yolu ilə həlli üçün cəhdlərimizi gücləndirməliyik».

S.Kanitz bəyan edib ki, Avropa ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir: «Ermənistan beynəlxalq səviyyədə məsuliyyət və cavabdehlik daşıyır. Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik».