vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
10:44 | 28 iyun 2014 | Şənbə Məqaləyə 2574 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TEAS-dan xeyriyyə tədbiri

Tale Heydərovla Leyla Əliyeva boks izlədilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Böyük Britaniyada fəaliyyət göstərən «Mo Farah» xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun «York Hall Leisure Centre» arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilib.


Məlumatda bildirilir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Avropa Azərbaycan Cəmiyyətinin sədri, «Qəbələ» futbol klubunun prezidenti Tale Heydərov və xanımı da iştirak edib.

Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilib.

«Qəbələ» İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın «Qəbələ» İdman Klubunun boksçuları ilə İngiltərənin «Repton» Həvəskar Boks Klubunun idmançıları qarşılaşıb.

Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.

Tədbir çərçivəsində qonaqlara Qarabağ münaqişəsindən, ölkəmizin 1 milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib, lakin onlar hələ də icra olunmur.

Tədbirin təşkilatçıları qonaqları AAC-nin təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş «Many Happy Returns» adlı kampaniyaya qoşulmağa çağırıb (qafqazinfo).