vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
13:53 | 26 noyabr 2017 | Bazar Məqaləyə 3264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu cür hesab gözləmirdik»

«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çempionluq heç də asan olmayacaq». Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən «Kəpəz» - «Qəbələ» (1:6) maçından sonra qonaq komandanın prezidenti Tale Heydərov deyib.

T. Heydərov «Qəbələ»nin bu cür asan qələbə qazanacağını gözləmədiyini bildirib: «Çünki ilk dövrədə «Kəpəz»ə 0:2 hesabı ilə öz meydanımızda uduzmuşduq. Ona görə də bu gün qələbə qazanmaq istəyirdik. «Kəpəz» sonuncu yerdə olsa da, bizim üçün vacib görüş idi. Bu cür hesab gözləmirdik. Komandamız yaxşı oynadı və gözəl nəticə qazandı».

Klub prezidenti 13 tur ərzində «Qəbələ»nin yaxşı çıxış etdiyini bildirib: «Bəzi oyunlarda xal itirməməli idik. «Qəbələ» bəzən zəiflərlə oyunlarda gözlənilməz xal itkiləri ilə üzləşir. Amma ümumi mənada hazırkı durumdan razıyıq».

O, bu cür davam edəcəyi təqdirdə «Qəbələ»nin «Qarabağ»ın hegemonluğuna son qoya biləcəyi üçün çalışacaqlarını deyib: «Qarabağ» çox güclü komandadır. Çempionlar Liqasında da yaxşı çıxış edir. Odur ki, çempionluq heç də asan olmayacaq».

Yeni transferlərə gəldikdə isə T. Heydərov baş məşqçinin istədiyi oyunçuları almağa hazır olduğunu bildirib: «Təbii ki, büdcə daxilində. Baş məşqçi həmişəki kimi istədiyi oyunçuları heyətə qatmaqda sərbəstdir».