vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KİNO-TEATR  
09:44 | 11 noyabr 2022 | Cümə Məqaləyə 1250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dünya yuxutək əriyir”

Tiflisdə Leyla Əliyevanın şeirləri əsasında tamaşa səhnələşdirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” adlı kitabında yer alan şeirlər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

İvane Maçabeli adına Tsxinvali Peşəkar Dövlət Dram Teatrının heyəti tərəfindən səhnələşdirilmiş tamaşanın premyerası Tiflisdə Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.

Tamaşanın bədii rəhbəri – Gürcüstanın Dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar artisti Qoça Kapanadze tədbiri açaraq yeni səhnə əsərinin ərsəyə gəlməsi və Leyla Əliyevanın yaradıcılığından bəhs edib.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edib. Diplomat deyib ki, Leyla Əliyevanın əsərlərinin tanınmış şairə Makvala Qonaşvili tərəfindən gürcü dilinə tərcümə edilməsi, Qoça Kapanadzenin təşəbbüsü ilə səhnəyə qoyulması ölkələrimiz arasında mədəni əlaqələrin bariz nümunəsidir.

Gürcüstan Yazıçılar Birliyinin sədri, şair Makvala Qonaşvili və tanınmış gürcü aktyor, Azərbaycanın Dövlət mükafatı laureatı Davit Uplisaşvili də çıxış edərək Leyla Əliyevanın fəlsəfi ruhlu şeirlərinin səhnə təcəssümündən söz açıblar.

Sonra gürcüstanlı aktyorların ifasında “Dünya yuxutək əriyir” tamaşası nümayiş olunub.

Tamaşanın bədii rəhbəri Qoça Kapanadze jurnalistlərə müsahibəsində deyib: “Leyla xanım çox mükəmməl fəlsəfi və həssas bir şairədir. Makvala Qonaşvilinin tərcüməsi də yaxşı alınıb. Mən düşünürəm ki, premyera çox gözəl keçdi. Aktyorlar Leyla xanımın poeziyasında olan metaforları çox yaxşı canlandırdılar. Düşünürəm ki, biz yaxın zamanda bu səhnə əsəri ilə gürcü tamaşaçılarının qarşısına çıxacağıq”.