vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:21 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 3052 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskvada «Xocalıya ədalət!» istənildi

Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət!» kampaniyası çərçivəsində Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib.

Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, Moskvada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımı haqqında məlumat verib. Səfir Xocalı faciəsinin xüsusi qəddarlıqla törədildiyini vurğulayaraq deyib: "Xocalı qurbanlarının bir çoxu diri-diri yandırılıb, bir çoxunun isə başını kəsiblər, gözlərini çıxarıblar, hamilə qadınların cəsədləri üzərində zorakılıq izləri var idi. Bu insanları ancaq azərbaycanlı olduqlarına, Qarabağda və Xocalıda yaşadıqlarına görə qətlə yetiriblər».

Mərasimdə ABŞ-da çəkilən "Qaranlıqdan qaçarkən" filminin nümayiş ediləcəyini bildirən diplomat deyib: «Həmin kadrları görənlər onları heç vaxt unuda bilmirlər. "Qaranlıqdan qaçarkən" filmi şahidlərin müsahibələri, Amerika ictimaiyyəti nümayəndələrinin hadisələrə verdikləri hüquqi və ictimai qiymətlər əsasında çəkilib. Filmdə Xocalı faciəsi haqqında danışan erməni hüquq müdafiəçisinin etirafları da yer alıb. Qeyd edim ki, Ermənistan cəmiyyətində getdikcə daha çox adam Dağlıq Qarabağın və Ermənistanın o zamanki hakimiyyətinin törətdiyi bu faciəni dəhşətli səhv kimi qiymətləndirir. Bu filmi Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirirəm...».

Diplomat dünyanın 16 parlamentinin, eləcə də ABŞ-ın 19 ştatının Xocalı faciəsini soyqırımı aktı kimi pislədiyini xatırladıb. O, Xocalı soyqırımının dünyada tanınmasında "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. Səfir tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü bildirib.

Polad Bülbüloğlu həmçinin Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. O deyib: «Yəhudi xalqı bizim ağrı-acımızı başqalarından yaxşı anlayır, çünki tarixi boyu bu xalq çox faciəvi hadisələrlə üz-üzə gəlib. Xüsusi qeyd etmək istəyirəm ki, «Qaranlıqdan qaçarkən» filmi ilk dəfə Los-Ancelesdəki ən böyük Xolokost muzeyi olan Tolerantlıq Muzeyində nümayiş etdirilib».

Tədbirdə Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov, «Avrasiya ideyaları emalatxanası» Elmi Tədqiqatlar Fondunun Ekspert Şurasının sədri Qruqori Trafimçuk, Rusiya Elmlər Akademiyası Slavyanşünaslıq İnstitutunun baş elmi əməkdaşı İlqar Məmmədov, Kinorejissor Efraim Abramov və Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz də çıxış ediblər.

Mərasimdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin və beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun müraciəti oxunub.

Sonda «Qaranlıqdan qaçarkən» filmi nümayiş etdirilib. Film «Jconnect» the Jewish Federation of Greater Washington» tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə çəkilib. İlk dəfə 2017-ci ildə Los-Ancelesdə nümayiş etdirilən filmin rejissoru Daniel Yankoviç, prodüseri Coş Kaplandır.