vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
23:48 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 2110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan futboluna pis xəbər

UEFA-nın çempionatlarında ciddi dəyişiklik edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasının və Avropa Liqasının keçirilməsi sistemində dəyişikliklər edilib. Yeni qərara görə, 2015/16 mövsümündən etibarən Azərbaycan klubları təsnifat mərhələsinə ilk etapdan başlayacaqlar. Bundan öncə «Neftçi» cari mövsümdə ölkə kubokunun sahibi kimi Avrokuboklarda 2-ci mərhələdən iştirak hüququ qazanmışdı. Ancaq bundan sonra Azərbaycan Kubokunun qalibinə belə bir üstünlük verilməyəcək.

Növbəti mövsümdən yalnız turnirlərdə UEFA-ın əmsallar üzrə reytinq cədvəlindəki 23 ölkənin klubları üst mərhələlərdən başlamaq imkanına sahib olacaq. Digər bütün ölkə kuboklarının qalibləri Avrokuboklara birinci mərhələdən qoşulacaq.

Daha bir əhəmiyyətli yenilik var. Əgər eyni komanda Azərbaycanın çempionu və kubokun sahibi olacaqsa, onda kubokun finalçısı Avropa Liqasına vəsiqəni ala bilməyəcək. O klubların yerinə isə kubokun dördüncüsü Avrokuboklara vəsiqə qazanacaq.

Növbəti mövsümdən etibarən Avropa Liqasının 1-ci təsnifat mərhələsinin iştirakçılarının sayı əhəmiyyətli dərəcədə artacaq və 78-dən 104-ə çatacaq. Bu yarışda əsas dəyişiklik onunla bağlıdır ki, 16 komanda qrup mərhələsinə birbaşa düşəcək. Bu halda yarışa 4-cü təsnifat mərhələsində (pley-off) başlayan komandalar olmayacaq. Bu mərhələnin iştirakçıları isə 3-cü mərhələdən yoluna davam edəcək. 

Çempionlar Liqasında da ciddi dəyişiklik olacaq. Belə ki, növbəti mövsümdən etibarən Avropa Liqasının sahibi növbəti mövsümdən Çempionlar Liqasında çıxış etmək hüququnu qazanacaq (sportbox.az).