“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
10:19 | 5 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 3028 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
“Atletiko”da “Axillesin dabanları” haradır?
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Bu gün “Qarabağ” Çempionlar Liqasında münarizəyə başlayır. Ağdam klubu 1-ci təsnifat mərhələsində Polşa çempionu “Lex”lə qarşılaşacaq.
“Qarabağ” indiyədək avrokuboklarda 3 dəfə Polşa təmsilçiləri ilə (“Visla”, “Piast” və “Legiya”) üz-üzə gəlib və hamısında mərhələni adlayan tərəf olub.
Maraqlıdır ki, “Lex” isə 4 dəfə Azərbaycan klublarına rəqib olub və hamısında növbəti raunda vəsiqə qazanıb. İlk dəfə 2005-ci ildə o vaxtkı İntertoto kubokunda Yevlaxın “Karvan” komandası ilə qarşılaşan poznanlılar hər iki oyunda qalib gəlib (2:1, 2:0).
2010–cu ildə isə onlar “İnter”i Bakıda məğlub etmiş (1:0), Polşadakı cavab oyununda isə əsas vaxtda uduzsa da, penaltilər seriyasında qələbə qazanmaqla mərhələ adlamışdı.
2008 və 2012-ci illərdə Poznan klubu hər iki halda “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırıb. Bu 4 oyundan 3-də “Lex” qələbə qazanmış (1:0, 4:1, 1:0), Lənkərandakı bir oyun (2012-ci ildə) isə 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.
Yeri gəlmişkən, “Lex”in 2008-ci ildə “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda (1:0) yeganə qolunu o vaxt cəmi 18 yaşı olan Robert Levandovski vurub. Bəli, bu gün artıq 33 yaşı olan həmin Levandovski. Robert indi “Bavariya”dadır və dünya futbolunun superulduzlarından sayılır…
Beləliklə, indiyədək “Lex” Azərbaycan, “Qarabağ” isə Polşa klublarına uduzmayıb. Bu ənənələrdən birinə bu dəfə son qoyulacaq.