Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:14 | 5 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 1302 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
... Yaxud Kreml üçün qorxulu diaqnoz
“Şadam ki, növbəti görüşümüz simvolik yerdə - Bakının hava limanında baş tutur. Məhz buradan Azərbaycanın Ukraynaya növbəti humanitar yardımı göndərilir. Dost Azərbaycana, bütün Azərbaycan xalqına Ukraynaya belə mühüm humanitar yardımına görə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm”.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
“Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon dollar dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb.
Bu, sadəcə formal jest deyil, Azərbaycan təcavüzkarın hədəfinə çevrilən Ukraynanın dinc sakinlərinə son dərəcə vacib yardım göndərir. Bura müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir. Sevindiricidir ki, Ukraynaya humanitar yardım tədarükü yeni səviyyəyə qalxıb”, - diplomat vurğulayıb.
Səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinə qardaşlaşmış şəhəri Çerkassıya yardım göndərdiyinə görə təşəkkürünü bildirib: “Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhər və regionlarına nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Bilirsiniz ki, dörd aydan çoxdur Ukrayna Rusiyanın hərbi təcavüzünə müqavimət göstərir. Təəssüf ki, düşmən uşaq, qadın və qocaya rəhm etmir. Onlar məqsədyönlü şəkildə Ukraynanın infrastruktur obyektlərini hədəfə alır, dinc sakinlərini qətlə yetirirlər.
Başa düşürük ki, Kremlin məqsədi sadəcə Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək deyil, bu, Ukrayna millətinin qırımıdır. Məhz buna görə də Ukraynanın hər vətəndaşı başa düşür ki, biz mübarizəni dayandırsaq, Ukrayna dünya xəritəsindən silinə bilər.
Bu, Ukrayna xalqının soyqırımıdır. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğa inanırıq. Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq. Biz Ukraynanın qələbəsinə inanırıq. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan! Əgər səhv etmirəmsə, bu 7, ya da 8-ci təyyarədir. Hesabı bir az itirmişəm. Yardım həm yer, həm də hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir.
Əsas odur ki, proses mütəmadi şəkildə keçirilir. Çünki müharibə uzandıqca bu yardım da bir o qədər vacib olur”.
Qeyd edək ki, bu gün Azərbaycandan Ukraynaya ümumi çəkisi 45,382 ton olan ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatlardan ibarət növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. (Report.az)