vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
15:00 | 10 fevral 2015 | Çərşənbə axşamı Məqaləyə 2216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməniləri Azərbaycan dilində salamladılar...

... təyyarədəkilər panika düşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 9-da Rusiyanın «Aeroflot» şirkətinin SU 1866 Moskva-İrəvan reysini həyata keçirən təyyarəsində qeyri-adi hadisə baş verib.

Ermənistanın «Joxovurd» qəzetinin məlumatına görə, sərnişinlər öz yerlərini tutduqdan və təyyarə uçuşa başlamağa hazırlaşdığı vaxtda məlum salamlama nitqi səslənib - əvvəlcə rus, daha sonra isə Azərbaycan dilində.

Sərnişinlər arasında əsl panika başlayıb. İnsanlar düşünüblər ki, bu, xüsusi hazırlanmış təxribatdır və onların təyyarəsi Bakıya uçur.

Ekipaj üzvləri sərnişinləri sakitləşdirməyə çalışaraq, baş verənlərin texniki səhv olduğunu izah ediblər.

Bundan başqa məlum olub ki, təyyarə ekipajının komandiri Eduard Ovannisyan da milliyətcə ermənidir. «Joxovurd»un məlumatına görə, nə sərnişinləri Azərbaycan dilində salamlamış ekipaj komandiri, nə də stüardessa Svetlana etdikləri hərəkə görə üzr istəməyiblər.