vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
OLAY  
16:23 | 11 fevral 2015 | Çərşənbə Məqaləyə 2592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir ananı xilas edək!

Murad Hüseynov: «Duaya ehtiyacımız böyükdür»

MÖVZU İLƏ ƏLAQƏLİ

ANS televiziyasının «Xəbərlər» Departamentinin baş redaktoru, jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova iki ildir mübarizə apardığı leykoz xəstəliyinə yenidən tutulub.

Bu barədə Murad Hüseynov sosial şəbəkələrdə məlumat verib:

«Bir neçə gün baş verənlərlə bağlı heç nə yazmadım. Açığı nə yazacağımı da düz-əməlli bilmirdim. Gülər İstanbulda da, Bakıda da müalicədən imtina edirdi. Səbəbini 5 kurs kimyaterapiyadan keçənlər, ya da bu kimyanın insana necə təsir etdiyini görən insanlar bilir... Sonda o müalicəyə başlamağa razılaşdı.

Bu gün artıq onu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdik. Bu kimyaterapiyanın riski əvvəlkinə nisbətən daha böyük olacaq. Kimyadan sonra sümük iliyinin nəqli əməliyyatı tələb olunacaq. Əvvəl də dediyim ki, bütün dostlarımdan, tanışlarımdan, özünü mənə və Gülərə yaxın bilən insanlardan dua istəyirəm. İnanın duaya ehtiyac böyükdür.

Və bir də bu gün məlum oldu ki, bizə çoxlu +4 qan lazım olacaq. Bu qan qrupu kifayət qədər nadirdir və qan vermək istəyənlərdən mənə xəbər verməyini xahiş edirəm». 

Allah kömək olsun!