vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
DİGƏR NÖVLƏR  
17:18 | 3 aprel 2015 | Cümə Məqaləyə 3181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir məbləği açıqladı

Azad Rəhimov: «Etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının büdcəsi üç hissəyə bölünüb: əməliyyat, idman obyektləri və qurğularının inşasına investisiyalar və üçüncü hissə - şəhərin infrastrukturu ilə bağlı olan xərclər.

İnterfaks xəbər verir ki, bunu Azərbaycanın idman naziri Azad Rəhimov bildirib.

«Avropa Oyunlarının əməliyyat büdcəsi 959 milyon manat, üstəgəl ehtiyat fonddan 1 mln. 154 min manat təşkil edib. Bu gün artıq büdcənin 60 faizə yaxını müxtəlif əməliyyat xərclərinə sərf olunub» - deyə, nazir bildirib.

Nazir bildirib ki, Olimpiya futbol stadionu 500 milyon manat, Su idmanı növləri sarayı 200 milyon manatdan çox, atıcılıq mərkəzi 110 milyon manat, Heydər Əliyev adına İdman kompleksi və Bulvar Arena hərəsi 50 milyon manata yaxın, Avropa Parkı 100 milyon manatdan az məbləğə başa gəlib.

«Manat və dolların məzənnə fərqi bir qədər dəyişdi və biz potensial olaraq, ölkə büdcəsindən daha çox pul istəyəcəyimizi düşünürdük, lakin fikrimcə, etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik. Yəni, başladığımız məbləğlə işləri başa çatdıra biləcəyik», - deyə, Azad Rəhimov qeyd edib.