vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
OLAY  
15:11 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 3039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Nazir deputatları güldürdü

Milli Məclisdə...

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Milli Antidopinq Agentliyinin NADA kimi deyil elə Azərbaycan dilində olmasını təklif edirəm. Yəni agentliyin adının milli dilimizdə olması daha yaxşı olar».

Modern.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında «İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında» qanun layihəsinin müzakirəsi zamanı deputat Sevinc Fətəliyeva çıxış edib.

O bildirib ki, qanunun dili çox elmidir: «Qanunda elmi terminologiyadan çox geniş istifadə olunub. Bunun sadələşdirilməsini təklif edirəm».

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Milli Antidopinq Agentliyinin adının nəyə görə Azərbaycan dilində olmamasını öz adı ilə bağlayıb:

«Düzdür, əvvəl təklif olunmuşdu ki, Azərbaycan Milli Antidopinq Agentliyinin qısa forması AZADA olsun. Amma mən özüm buna razılaşmadım».

Nazir Azad Rəhimovun belə deməsindən sonra nazir özü və iclasdakı deputatlar, qonaqlar gülüblər.