Azad Rəhimovdan böyük iş...
«Ermənistanın festivalı təbliğat meydanına çevirmək planı baş tutmayıb»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Özləri ödəyirlər”
Nazir Azad Rəhimov Bakıdakı Avropa festivalına gələnlərin xərclərindən danışdı
-
Gəncəlilər nədən narazıdır?
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
-
Gəncənin yeni icra başçısı Azad Rəhimovun qudasıdır
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
-
««Qarabağ» UEFA-ya şikayət edəcək»
Nazir Azad Rəhimov: «Amma nəticəsinə inanmıram»
-
45 yaşlı şən-hazırcavab
Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin doğum günüdür
-
Ötən ildən 100 faiz çoxdur
Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?
-
«Hədəfi birinci yerdir»
«54 ölkədən 44-ü artıq Bakıdadır, ...»
-
«Rəqəmlər heç kəs üçün sirr deyil»
Azad Rəhimov: «Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik»
-
Atletlər Kəndindəki evlər satılacaq
İslam Oyunlarından sonra...
-
«Sizə məsləhətim - sevgidir»
«Kimin haqda dediniz: evləndi, boşandı, xoşbəxtdir?»
-
...Nazir deputatları güldürdü
Milli Məclisdə...
-
«Bizi Olimpiya mərkəzlərinə buraxmırlar...»
Azad Rəhimov: «Məsələ idmançının nə qədər qazanmasında deyil, ağlından və vətəndaş mövqeyindən asılıdır»
-
Nazir məbləği açıqladı
Azad Rəhimov: «Etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik»
-
Son tarix aprelin 3-dür
«Bakı-2015» könüllülər proqramı üçün müraciət qəbulu başa çatmaq üzrədir
-
«Vəziyyəti ağırdır»
Nazir «Hafka»dan danışdı: «O, komandanı maliyyələşdirəcək durumda deyil»
-
Nazirdən cavab gəldi
Mətbuata bu cür yanaşma digərlərinə nümunə olmalıdır
Azərbaycan Gənclər və İdman Naziriyi «Şən və Hazırcavablar klubları»nın KVN Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin komandalarının qatılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyiir:
«Şən və Hazırcavablar klubları»nın KVN Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala «Bakı Yığması» ilə qatılıb. «Şən və hazırcavablar klubu»nun (KVN) beynəlxalq ittifaqı və «AMİK» televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən «С хлебом и солью» və «DeleYaman» KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvəti ilə əlaqədar məsələyə müdaxilə edilməsi üçün Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən KVN Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb.
Qoyulan əsas tələbin isə, ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da həmin komandaların yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya XİN-nə nota göndərilib.
Qeyd edək ki, Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə «Ermənistan yığması» adı altında Moskvadanı təmsil edib.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən «С хлебом и солью» və «DeleYaman» komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmayıb. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələsində 500 komanda arasında 2-3 dəqiqəlik «razminka»nı iştirak kimi təqdim etməyə çalışır.
Qeyd edək ki, Ermənistan 2-ci tura yalnız Moskvada olan «Ermənistan yığması» ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.