vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
01:41 | 19 may 2014 | Bazar ertəsi Məqaləyə 3497 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən cavab gəldi

Mətbuata bu cür yanaşma digərlərinə nümunə olmalıdır

ANS TV: Mir Şahin

MÖVZU İLƏ ƏLAQƏLİ

Müəmmalı imamların minbər gecə nağıllarındakı baş alladan almaların vəd etdiyi cəhənnəmə aparan mənzilbaşılarının ağlına inanmıram.

İmanlı gənclərimiz də gərək inanmasınlar. Amma sözün düzü, gənclərə bir söz deyəndə də adam bir az çəkinir, düşünürsən ki, sabah hansısa sayt başa çıxaracaq: ANS gənclər və idman naziri Azad Rəhimovu yenə vurdu!

Məsələn, bir neçə həftə əvvəl gənclər və idman naziri Azad Rəhimova suallar göndərmişdik. Cavabları almışıq. Bu jurnalistikaya, tamaşaçıya, oxucuya hörmətdir. Məncə, Gənclər və İdman Nazirliyinin mediaya və mətbuata bu növ yanaşması digər nazirliklərə də nümunə olmalıdır. Sual verilirsə, ona cavab vermək lazımdır, məhkəməyə vermək yox.

Vurmaq məsələsinə gəlincə, ANS heç kimi vurub eləmir. Bizlik deyil. ANS-in prezidenti və Gənclər və İdman Naziri arasında əla münasibətlər var. Ortada suallar var idi, indi cavablar da var. Bu gün bu barədə danışmağa vaxtımız çatmadı. Gələn «Hesabat»da elə burda görüşürük və mən sizə həmin cavabları təqdim edəcəm. Yəni biz öz işimizi görürük. Daha doğrusu, biz işləyirik. Siz görürsünüz. Vəssalam.