

Vahid Mustafayev ANS-in açılmasından danışdı
Mirşahin Ağayev qardaşının həbsindən danışdı
Mirəddin Ağayev dələduzluqda günahlandırılır
«10 gün ərzində qapılarını açıb, əşyalarını çölə atacağıq»
«Biz isə həm də ona görə narahatıq ki, Sizə, Sizin ailəyə narahatlıq gətirmişik»
Telejurnalist müalicəsini Bakıda davam etdirəcək
Həqiqətin mavi aynası - ANS
Qanuna tapınmayanlar çıxış yolunu gözə batan ANS-i qapatmaqda tapdılar
Məşhur jurnalist Türkiyədədir
ANS-in «Dədə Qorqud»una hədiyyə edin, onu ekrana - övladına qovuşdurun
Mübariz Əsgərov: «Öz aramızdır, mənim də, sadiq...»
ANS-çilər ümidlərini noyabrın 26-da baş tutacaq təbrikə bağlayıblar
Heç vaxt unudulmayacaqsınız!
Təkcə Xocalı faicəsini lentə aldığına görə, hər birimiz Ona borcluyuq
Qulu Məhərrəmli: «AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur»
Nuşirəvan Məhərrəmli: «Maliyyənin Milli Televiziya və Radio Şurasına ayrılmasını istəmirik»
ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.
Virtualaz.org bildirir ki, bunu vəkil Elçin Sadıqov öz «Facebook» səhifəsində yazıb.
Vəkilin yazdığına görə, araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın sərhədi keçməsinə məhdudiyyət qoyulub.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı artıq vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.