
Mirşahin yeni kanal açdı
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
Mirəddin Ağayev dələduzluqda günahlandırılır
Telejurnalist müalicəsini Bakıda davam etdirəcək
Məşhur jurnalist Türkiyədədir
Ramiz Rövşən: «Allah bizi başdan qocalmağa qoymasın, başqa hər şey düzələr»
«Bilmirəm, kim kimə qadağa qoyub»
Aqşin Yenisey: «3 ildir onu mənə göstərmirlər»
«Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımıram»
«Orada Əli Kərimlinin adı yüz faiz olardı»
«Məhkəməyə verəcəyik»
«Məhkəməyə verəcəyik»
Bir sıra Azərbaycan kütləvi informasiya vasitələri məşhur telejurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin həbsi barədə məlumat verib. Yayılmış məlumata əsasən, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.
Mirşahin Ağayevin qardaşı ötən ilin noyabr ayında Qəzənfər Qəzənfərov adlı şəxsin şikayəti əsasında istintaqa cəlb olunub. Q.Qəzənfərov iddia edir ki, Mirəddin Ağayev dələduzluq yolu ilə 2000 manat pulu mənimsəyib. Fakt üzrə cinayət işi başlanıb və bir müddət sonra Mirəddin Ağayev Yardımlı rayonunda saxlanılıb.
Qardaşının həbsini şərh edən Mirşahin Ağayev virtualaz.org-a müsahibəsində bildirib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini KİV-dən öyrənib: «Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur».
M.Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil.