vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
Mirşahin yeni kanal açdı 16:48 | 5 mart 2018 | Bazar ertəsi Məqaləyə 2917 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mirşahin yeni kanal açdı

Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Vaxt.az MTRŞ-nin rəsmi saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, iclasda «REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ» Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, «REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ» Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, «REAL TV»nin yaradıcısı Mirşahin Ağayevdir. Kanalın kollektivi arasında ANS-in tanınmış simaları da yer alıb.