vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
13:13 | 10 aprel 2015 | Cümə Məqaləyə 1182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirliyin səlahiyyəti artırıldı

«Dərmanlar vasitələri haqqında» qanunda dəyişiklik edildi

Azərbaycanda Maliyyə Nazirliyinə daha bir səlahiyyət verilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” fərmanında qeyd olunur ki, nəzarət markalarının hazırlanmasını təmin edəcək mərkəzi icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi müəyyən edilib.

Qanuna əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.