vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SƏNƏTÇİ  
16:56 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 2864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Habil Əliyev komaya düşdü

Xalq artisti nəfəs ala və danışa bilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti Habil Əliyevin vəziyyəti yenidən ağırlaşıb. O, komaya düşüb.

Bunu ANS PRESS-ə kaman ustasının qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, atasının gecə saat 03 radələrində şiddətli ağrılar tutub və buna görə də onun danışmağı və nəfəs alması çətinləşib.

«Atam hazırda evdə müayinə edilir. Lakin vəziyyəti tamamailə ağırdır. Artıq xəstəxanaya da getmək istəmir. İstəyirik ki son anlarını bizimlə keçirsin» - deyə Vəfa Əliyeva bildirib.

Hazırda Mərkəzi Klinik Xəstəxananın həkim kollektivi sənətkarın evində müayinə aparır.

89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı.