15:33 | 2 sentyabr 2015 | Çərşənbə
Məqaləyə 2660 dəfə baxılıb
Şriftin ölçüsü
«Ümid Allahadır»
Habil Əliyevin həyat yoldaşı: «Gözünü açıb balalarını görür və tanıyır»
Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin səhhəti ağır olaraq qalır. Həkimlərin fasiləsiz nəzarət altında saxladığını deyən sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva. «Nə deyə bilərik? Habil müəllimin vəziyyəti ağırdır. Ümid Allahadır. Gözünü açıb balalarını görür və tanıyır. Həkimlər 24 saat başının üstündədir, əllərindən gələni edirlər».
Bunu hazırda reanimasiya şərtləri altında evində müalicə olunan xalq artisti Habil Əliyevin həyat yoldaşı bildirib.
Kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva təəssüflənərək sənətkarın vəziyyətinin ağır olduğunu qeyd edib.
Habil Əliyev ürək və tənəffüs çatışmazlığından əziyyət çəkir və hazırda sistem vasitəsilə qidalanır.