vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
18:41 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 1200 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kanyedən qalmaqallı paylaşım

Tanınmış reperin sosial şəbəkədəki səhifəsi bağlandı

XATİRƏ

Amerikalı məşhur reper Kanye Uest şok açıqlamalarına davam edir. Əvvəllər də antisemit bəyanatları ilə böyük etirazlarla qarşılaşan müğənni bu dəfə “Twitter” hesabında skandala imza atıb.

Bu yaxınlarda Aleks Consun “Infowars” şousunda “Mən Hitleri sevirəm” açıqlamasını verən Uest dünən “Twitter”dəki səhifəsində David ulduzu ilə faşist emblemini birləşdirilən fotonu yerləşdirdikdən sonra sosial şəbəkədəki hesabı ləğv olunub. “YE24 hər kəsi sevir” deyən Uest fotonun üzərinə bu sözləri yazmışdı: “Mən Hitlerin yaxşı tərəfini görürəm. Mən nasistləri sevirəm”.

Bu hadisələrdən sonra “Twitter”in yeni sahibi İlon Mask Kanye Uestin platformadakı hesabını dayandırıb. Hesabının dayandırılacağını öyrənən Uest, nəhayət Maskın yaxtada yarıçılpaq fotosunu paylaşaraq, “Hamı bunu mənim son tvitim kimi xatırlasın” sözlərini yazıb. Mask isə kilolu fotosunun ona motivasiya olacağını bildirib və qərarından geri çəkilməyib.

Qeyd edək ki, İlon Mask platformanı satın aldıqdan sonra Kanye Uestin əvvəllər də bağlanmış səhifəsini açaraq reperi sosial şəbəkəyə qaytarmışdı.