

İndiana Consun əfsanəvi papağı 630 min dollara satılıb
Polis və prokurorun dəlilləri “saxta” çıxdı
“Roma imperiyası haqqında filmdə rep musiqisinin nə işi var?”
Oskarlı ulduz həyatındakı “dönüş nöqtəsi”ni açıqlayıb
Yeyib-içdiyimizdən tutmuş, dinlədiyimiz musiqiyə qədər əksər məhsullar oğurluq və saxtadır...
«Mən Hillari Börtona qarşı ədəsizlik etmişəm və ...»
Xanımlar öz uşaqlarına ata seçərkən...
Hollivudun Məşhurlar Xiyabanındakı beşguşəli vandalizmə məruz qalıb
Loren Bekkol 89 yaşında vəfat etdi
«The İnterview» filminin nümayişi dayanmasa qanlı müharibə başlayacaq
Məşhur aktyor yorulub, amma ...
Həm də Hollivud ulduzlarıyla bir filmə
1-4 dekabr tarixlərində Braziliyada keçirilən “Comic Con Experience” (CCXP) (komiks, teleserial, film, animasiya, videooyunlar və ədəbiyyatın fantastika janrı) festivalında iştirak edən Hollivudun məşhur ulduzu Kianu Rivz (Keanu Reeves) “Con Uik-4” (“John Wick 4”) filmi barədə danışıb.
Rivz Cənubi Amerikanın məşhur mədəniyyət xəbər saytı “Omelete”yə verdiyi açıqlamada, "Con Uik-4 indiyə qədər çəkdiyim ən çətin filmdir" dedi. Məşhur aktyor sözlərini belə davam etdirib: “Fəaliyyət baxımından indiyə qədər çəkdiyim ən çətin filmdir, amma onu əzəmətli edən də budur”.
Rivz, daha əvvəl CCXP-də iştirak etdiyi başqa bir paneldə bir çox fərqli səhnələr də çəkdiklərini bildirib. Aktyor filmdə qəhrəmanının arxasıyca düşənlərin çox olduğunu söyləmişdi. Serialın 4-cü filmində Con Uik başına qoyulan mükafata görə bir çox muzdlu qatillərlə, öz azadlığı üçün Ali Şura ilə mübarizə aparır.
Rivslə, yanaşı Doni Yen (Donnie Yen), Bil Skarsqard (Bill Skarsgård) və Lorens Fişburnun (Laurence Fishburne) rol aldığı “Con Uik 4” 24 mart 2023-cü ildə ekranlara çıxacaq.
Con Uik serialının “spin off”u olan “Ballerina” da gələn il tamaşaçılarla görüşəcək. Rivz həmin filmdə Ana de Armasla tərəf-müqabil olacaq.