vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜƏLLİF  
12:22 | 17 may 2013 | Cümə Məqaləyə 4325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yazarlardan poza dərsil»

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu sətirləri içində iynə ucu qədər işıq, mərhəmət, yaxşılığa inamı hələ də qoruyub saxlayanlara həsr edirəm. Bu köşə deyil, içimi dağlayan hisslərin bir parçasıdır, sızıntıdır.

Bir həftə əvvəl axşam evə çatar-çatmaz mesaj gəldi. Tanış qızlardan biri yazırdı ki, hamilə, qalmağa yeri olmayan bir qadın kömək istəyir. Qalacaq yer və pulsuz doğuş üçün kömək etmək lazımdır.
Köməyə ehtiyacı olan qızla zəngləşib şəhərdə görüş təyin edirik. Gözəl, iyirmi yaşlarında, hamiləliyinin son günlərini yaşayan qadın mənə ictimai sektorun “Nə edim?” meydanı olan “Araz” kafesində gözləyir.
Söhbət zamanı öyrənirəm ki, qız bir vaxtlar ictimai sektorda aktivlik göstərirmiş. Bətnindəki körpənin atası ilə də ictimai sektorda tanış olub. Hamilə qalıb. Gedəcək yeri, uşağına baxacaq pulu yoxdur. Təhsillidir, 4 dildə sərbəst danışır. Lakin, bütün bunlar yeni bir insanın – uşağın gələcəyini şübhə altına atmağa mane ola bilməyib. Abort haqqında düşünmək belə istəməyib. Bətnindəki körpənin atası söz verib ki, evlənəcəklər… İndi isə “ata” qeyblərə qarışıb.
Belə durumda ağlıma gələcək yeganə adam hüquq müdafiəçisi Mehriban Zeynalova və sığınacağıdır. Bura sığınacaqdan çox əli hər şeydən üzülən qadınların ümid qapısıdır. Nəhayət, Mehriban Zeynalovanın sədri olduğu “Təmiz Dünya” təşkilatının köməkliyi ilə doğuş evlərinin birinə gedirik. Reallıq, acı həqiqət isə tam çılpaqlığı ilə xəstəxanada üzümə çırpılır. Qız xəstəxanaya çatan kimi əlimdən bərk-bərk yapışıb onu buraxmamağım üçün yalvarır. Xəstəxananın bütün personalı yığışsa da, qızı sakitləşdirə bilmir. Həkimləri yaxın buraxmaq istəmir. Doğuş sancıları yox, haray çəkir.  Heç bir müayinəyə razılıq vermir. İki saatlıq “müharibədən” sonra məlum olur ki, 5 aylıq hamilə ikən zorlanıb…
Onu zorlayan isə hüquqlarını müdafiə etmək üçün müraciət etdiyi 46 yaşlı hüquqşünas olub.
Yuxarıda yazdığım situasiyaya bənzər hadisələri, demək olar ki, hər gün mətbuatdan oxuyursunuz. Bu hadisənin isə özəlliyi ondadır ki, uşağın atası da, anası da bisavad, mətbuatdan xəbərsiz insanlar deyil. Əksinə, ictimai sektorun içində olan, gündəlik mətbuatdakı azad seks təşviqlərini izləyən adamlardır. Analoji hadisə keçən il də baş vermişdi. “Nida”çı xanımlardan biri azad seks axtarışı ilə hamilə qalmışdı. Atası məsuliyyətdən Ukraynaya qaçmışdı. Təcrübəsiz qızcığaz isə körpəsini yenə də sığınacağın daxili gücü hesabına dünyaya gətirmişdi.
Xəstəxanaya apardığım qız 5 saat ərzində mənə həyatımda keçirmədiyim stressi yaşatdı. Göz yaşı, qışqır-bağır, zorlama xatirəsi, hamilə qadın… Onsuz da stressli, gərgin Bakını mənə bir az da dar etdi.
Dünyaya yeni insan gəlir. Onun fərd kimi böyümək haqqı var. Atasının sahib çıxmaqdan imtina etdiyi, sığınacaq künclərində böyümək isə heç bir körpənin haqqı deyil. Xəstəxanada keçirdiyim 5 saat, sərf etdiyim əsəb də məhz, yeni doğulan uşaq üçün idi.
Cəmiyyət olaraq biz birdəfəlik qəbul etməliyik ki, seks, içki haqqında danışmaq bizim üçün hələ tezdir.
Qapalı böyümüş azərbaycanlı gənc üçün azad seks, alkoqol təbliğatı düşünülmüş şəkildə ölümə, səfalətə sürükləmək məqsədi daşıyır.
Azadlığın limiti, kriteriyası, sərhəddi yoxdur. Həmçinin, yazar mövzularını özü müəyyənləşdirir. Kompüterin qarşısında oturub hamı şəxsən özü, tək yazır. Ancaq yazarın işi gəncə pozaları öyrətməkdirmi? Yazarlar hər rübün əvvəlində pozalar haqqında elmi-praktik yazılar yazırsa, niyə Kama Sutranın goru çatlamır? 3-5 masturbator gəncin zövqünü oxşamaq üçün hər il atasız, yetim uşaqlarmı böyüməlidir?
Yazılardan rövnəqlənib atasız, müstəqil qadın kimi uşaq böyüdəcəyinə inanan qızlar isə hamiləliyin sonuna yaxın uşağı başından eləməyin yollarını axtarmağa başlayır. Onlar heç bir tənqid eşitmək niyyətində deyillər. Arqumentləri isə azad seks, azadlıq, oxuduqları bulvar yazılarındakı seks təşviqidir.
Başınızı cinsi orqandan azacıq yuxarı qaldırın. Azərbaycan reallığına baxın. Ölkədəki insani münasibətlərin hansı səviyyədə, təhsilin, dünya görüşünün yerin hansı qatında olduğuna baxın. Anlamağa cəhd edin. Mətbuatı yalnız şüurlu, dünya görüşlü insanlar izləmir. Yetim, sığınacaq künclərində uşaqlar doğulur. Onların babalını almaq, günahını boynuna götürmək isə dünyanın yükündən ağırdır. Sizin inqilab dediyiniz əl boyda tifillərin başında çatlayır. Özünü idarə edə bilməyən gənclikdən oxucu toplamaq üçün istifadə etmək, bicbalalar törəmək üçün haylamaq klaviaturası ilə alış-verişə getməkdir, qələmini fahişəyə döndərməkdir.
Dünyayı verelim çocuklara hiç değilse bir günlüğüne
allı pullu bir balon gibi verelim oynasınlar
oynasınlar türküler söyleyerek yıldızların arasında
dünyayı çocuklara verelim
kocaman bir elma gibi verelim sıcacık bir ekmek somunu gibi
hiç değilse bir günlüğüne doysunlar
bir günlük de olsa, öğrensin dünya arkadaşlığı
çocuklar dünyayı alacak elimizden
ölümsüz ağaçlar dikecekler…

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)