vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
19:03 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

31 dekabrda əfv sərəncamı gözlənilir

«Hər il olduğu kimi ...»

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir».

Bu sözləri Modern.az-a açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bildirib ki, ölkə başçısının bu il də öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcəyi istisna deyil.

«Bir qayda olaraq Azərbaycan prezidenti öz müstəsna səlahiyyətlərindən edərək, əfv sərəncamları imzalayır. Bu qərarların verilməsi cənab prezidentin səlahiyyətinə aid olduğu üçün növbəti əfv sərəncamının neçə nəfərə şamil olunacağı haqda danışa bilmərəm. İndiyə qədərki praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz ailələrinə qovuşub.

Əfv məsələləri üzrə komissiyanın katibliyində işlər gedir və daxil olan müraciətlər çeşidlənərək öyrənilir, müvafiq arayışlar hazırlanır», - deyə Əliməmməd Nuriyev bildirib.