«Hər iki məhkumun əfv müraciəti olub, amma...»
Əvf Komissiyası bir məhkumun yerinə başqasının buraxılması iddiasına aydınlıq gətirdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
11 məhbus öldürülüb
Həbsxanadan qaçarkən toqquşma
-
Növbəti əfv ANONSU ...
Kimlər azadlığa çıxacaq?
-
Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
-
Məhkumlara şad xəbər
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
-
Fədayə Laçın işinə görə tutulan 8 gizli ad
«Qoca» və Əli Ağami, ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar?!
-
19 il həbs
Bakıda qatardan qaçan dustağa hökm oxundu
-
Bizim şüurlarımızdakı qəhrəmanlar kimdir?
Hər kəs üçün hansısa prinsiplər və ayaqlaya bilinməyən ali dəyərlər var
-
«Qoca» 21 yaşında Bayıl türməsindən də qaçıbmış
«Çkalov» camaatı öldürülən avtoritetin həyatından nələr danışdı
-
Avtoritetin sirr kimi ölümü
Sərhədi keçə bilməyən «Qoca» 350 kilometr yolu necə qət edib və niyə Bakıya qayıtmaq istəyirmiş; qaçmış məhkumun özünü vurduğu versiyası da var
-
«Qoca» öldürüldü
Kriminal avtoritet Etibar Məmmədov evində gizlədən İlqar Əzimov da məhv edilib
-
«Fədayə sevgiyə görə özünü oda atdı»
Sənət yoldaşları nələr yazır?
-
«Etibarımdan sui-istifadə ediblər»
Fədayə Laçının ifadəsi: «Məhbusların qaçmaq niyyətindən xəbərim olmayıb»
-
Fədayə Laçın həbs edildi
Həbsdən qaçan məhbuslara kömək edibmiş
-
Qaçan məhbuslardan biri tutuldu
Əli Ağami Şirvanda ələ keçib
-
Konvoy korrupsiyası
Bakıda məhbusların qaçmasının səbəbi
-
Altıbucaqlı açarla ...
Məhkumların qatardan hansı yolla qaçmaları məlum oldu
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası məlumat yayıb. Məlumatda Prezidentin 2017-ci il 16 mart tarixli sərəncamı ilə əf edilən məhkumlardan birinin yeinə başqasının buraxıldığı barədə mətbuatda yayılan iddialara aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, Əfv Məsələləri Komissiyası bəyan edib:
«Mətbuatda Azərbaycan Respublikası Prezidentinin «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» 2017-ci il 16 mart tarixli sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə məlumat yayılıb.
Komissiya bildirir ki, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır. Belə ki, qeyd olunan sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur».
Eyni zamanda, bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb.
«Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il 8 oktyabr tarixdə məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir».
Qeyd olunan səbəbdən Komissiya tərəfindən əlavə yoxlamanın aparılması zərurəti yarandığından məhkum Mahmudov Elvin Bəxtiyar oğlu barəsində müraciətə baxılması təxirə salınıb.
Xatırladaq ki, məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun yaxın qohumları və vəkilinə istinadən yayılan məlumatda qeyd olunur ki, guya, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun əvəzinə eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum ölkə Prezidentinin əfv sərəncamı ilə qalan cəzadan azad olunub.