Fədayə Laçın işinə görə tutulan 8 gizli ad
«Qoca» və Əli Ağami, ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar?!
E.HÜSEYNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
11 məhbus öldürülüb
Həbsxanadan qaçarkən toqquşma
-
Poliqonda qəza
Minaatanın partlaması nəticəsində bir nəfər yaralanıb
-
Kürdə suyun səviyyəsi qalxıb
Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım var
-
Şirvanda faciə
Toy yasa çevrildi
-
Müdafiə sənayesi naziri vəfat etdi
Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyadan köçüb
-
Şirvanda yol çöküb
Binalar ciddi təhlükədə
-
Camalovların ətrafında nə baş verir?
Zavodları partlayan, yaxınları odlu silahla tutulan nazirin adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılmasınadək çəkilir
-
Şirvanda silahlı insident
Yavər Camalovun dayısı oğlu saxlanıldı
-
Məhkumlara şad xəbər
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
-
19 il həbs
Bakıda qatardan qaçan dustağa hökm oxundu
-
Bizim şüurlarımızdakı qəhrəmanlar kimdir?
Hər kəs üçün hansısa prinsiplər və ayaqlaya bilinməyən ali dəyərlər var
-
«Qoca» 21 yaşında Bayıl türməsindən də qaçıbmış
«Çkalov» camaatı öldürülən avtoritetin həyatından nələr danışdı
-
Avtoritetin sirr kimi ölümü
Sərhədi keçə bilməyən «Qoca» 350 kilometr yolu necə qət edib və niyə Bakıya qayıtmaq istəyirmiş; qaçmış məhkumun özünü vurduğu versiyası da var
-
«Qoca» öldürüldü
Kriminal avtoritet Etibar Məmmədov evində gizlədən İlqar Əzimov da məhv edilib
-
«Fədayə sevgiyə görə özünü oda atdı»
Sənət yoldaşları nələr yazır?
-
«Etibarımdan sui-istifadə ediblər»
Fədayə Laçının ifadəsi: «Məhbusların qaçmaq niyyətindən xəbərim olmayıb»
Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən «Qoca» ləqəbli Etibar Məmmədov haqda yayılan son xəbərə tanınmış polis rəisi Mahmud Hacıyevin münasibətini öyrənmişik. Yayılan son xəbərdə bildirilirdi ki, «Qoca» və onunla birgə olan Əli Ağami, ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar.
İddia olunur ki, «Qoca» Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib. Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya şəxsi avtomobildə qayıdırmış. Mənbə deyib ki, razılaşmaya əsasən də onlar qatara Bakıya çatmamış - Biləcəridə minməli imişlər. Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Günay Atakişiyeva və Fədaya Laçın tutulub. İddia olunurdu ki, G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib. Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək «Qoca»nın yanına girib. Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı «Qoca»ya verə bilib. Etibar Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar. Qeyd edək ki, bu günədək qaçışın necə baş verdiyi haqda rəsmi bilgi yoxdur.
M.Hacıyev deyir ki, əgər məsələ son xəbərdə qeyd edildiyi kimidirsə, işin mahiyyəti dəyişir: «Qadın konvoyun qabağında, 5 silahlı insanın qabağında dustağa vaqondan qaçmağa necə kömək edə bilər? Əlbəttə ki, bu inandırıcı deyil. Ola bilər ki, vaqonda görüşüblər. Görüş verilib və görüşməyin özündə cinayət tərkibi yoxdur. Desələr ki, bunlar rüşvət müqabilində görüşüblər, burada cinayət tərkibi yaranır. Yəni rüşvət vermə və rüşvət alma cinayəti var. Sübut olunsa ki, rüşvət verilməyib, sadəcə görüş olub burada cinayət tərkibi yoxdur».
M.Hacıyev bildirir ki, məhbuslar qatarda olmayıblarsa, deməli, qadınlar qaçırılmada bilavasitə iştirak etməyiblər: «Fədayə Laçın və digər qadın biliblərsə ki, Etibar Məmmədov və Əli Ağami nəzarət altından qaçıblar, bundan sonra onlara gizlənməkdə kömək ediblərsə, bilə-bilə cinayəti gizlətməkdə ittiham oluna bilərlər. Bu halda həmin əməldə cinayət tərkibi yaranır».
M.Hacıyev qeyd edib ki, qadınlar yalnız cinayəti bilə-bilə gizlətməkdə ittiham olunarlarsa, onları həbsdə saxlamaq elə də uyğun deyil: «O qadınları həbsdə saxlamağın mənası da yoxdur. Digər qətimkan tədbiri seçib istintaqı aparmaq olar».
M.Hacıyev deyir ki, cinayəti bilib gizlətməklə yanaşı burada dustaqların gizlənməsinə, qaçıb harasa getmələrinə yardımçı olmaq kimi hərəkətlər də olubsa, bu halda vəziyyət dəyişir: «Dustaqlar qaçandan sonra onlara köməkdarlıq ediblərsə, artıq qaçışda iştirakçılıq tərkibi yaranır. Fədayə bunu bilə-bilə onların harasa gedib-gəlmələrinə yardımçı olubsa, bu artıq qaçışda iştirakçılıqdır».
Yada salaq ki, xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov (Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur), qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Onların barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. F.Laçının vəkili Türkel Süleymanlı modern.az-a son müsahibəsində diqqətçəkən bir fikir işlədib. O, «tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın (yəqin ki, qaçışı nəzərdə tutur) necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq» deyib. Vəkil deyib ki, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib ki, bu da iş üzrə yeni xəbər sayıla bilər. Bu günə qədər bilinən odur ki, iş üzrə Əli Ağami, Fədayə Laçın, Günay Atakişiyeva, Anar Əsgərov, Şahmar Bəyəlizadə, Penitensiar Xidmətinin 3 əməkdaşı - Ceyhun Səmədov, Fuad Hacıyev və Tural Poladxanov tutulublar. Yerdə qalan 8 şəxsin kimliyi açıqlanmır, gizli saxlanılır. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.