Bizim şüurlarımızdakı qəhrəmanlar kimdir?
Hər kəs üçün hansısa prinsiplər və ayaqlaya bilinməyən ali dəyərlər var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
11 məhbus öldürülüb
Həbsxanadan qaçarkən toqquşma
-
Poliqonda qəza
Minaatanın partlaması nəticəsində bir nəfər yaralanıb
-
Kürdə suyun səviyyəsi qalxıb
Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım var
-
Şirvanda faciə
Toy yasa çevrildi
-
Müdafiə sənayesi naziri vəfat etdi
Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyadan köçüb
-
Şirvanda yol çöküb
Binalar ciddi təhlükədə
-
Camalovların ətrafında nə baş verir?
Zavodları partlayan, yaxınları odlu silahla tutulan nazirin adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılmasınadək çəkilir
-
Şirvanda silahlı insident
Yavər Camalovun dayısı oğlu saxlanıldı
-
Məhkumlara şad xəbər
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
-
Fədayə Laçın işinə görə tutulan 8 gizli ad
«Qoca» və Əli Ağami, ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar?!
-
19 il həbs
Bakıda qatardan qaçan dustağa hökm oxundu
-
«Qoca» 21 yaşında Bayıl türməsindən də qaçıbmış
«Çkalov» camaatı öldürülən avtoritetin həyatından nələr danışdı
-
Avtoritetin sirr kimi ölümü
Sərhədi keçə bilməyən «Qoca» 350 kilometr yolu necə qət edib və niyə Bakıya qayıtmaq istəyirmiş; qaçmış məhkumun özünü vurduğu versiyası da var
-
«Qoca» öldürüldü
Kriminal avtoritet Etibar Məmmədov evində gizlədən İlqar Əzimov da məhv edilib
-
«Fədayə sevgiyə görə özünü oda atdı»
Sənət yoldaşları nələr yazır?
-
«Etibarımdan sui-istifadə ediblər»
Fədayə Laçının ifadəsi: «Məhbusların qaçmaq niyyətindən xəbərim olmayıb»
Bütün saytlarda bir rubrika var ki, onu heç bir vaxt nəzərdən keçirmirəm. Bütün xəbər proqramlarında bir blok var ki, heç vaxt ona baxmıram. Bəlkə də sizə təəccüblü və qəribə görünəcək, amma bu, «Kriminal xəbərlər» rubrikasıdır.
Səbəbi də budur ki, yaşım əllini keçsə də, məndə hələ də bir az uşaq sadəlövhlüyü qalıb. Elə bilirəm ki, sanki kriminal aləmdən oxuyacaqlarım, dinləyəcəklərim və görəcəklərim mənim həyat və insan haqqındakı uşaq sadəlövhlüyü ilə hörülmüş təsəvvürlərimi alt-üst edəcək, xəyali dünyamı dağıdacaq…
Neyləmək olar? Mən də beləyəm. İnsanlara, həyata, onların yaxşı və işıqlı tərəflərinə inanmasam, bir gün belə yaşaya bilmərəm. Bunun bir çox hallarda bədəlini də ödəməli olmuşam, amma yenə də qəti peşiman deyiləm.
Bəli, mənə irad tuta bilərsiniz ki, kriminal aləmin də insanlarını anlamağa çalışmaq lazımdır. Tamamilə razıyam. Hətta onu da qəbul edir və başa düşürəm ki, gerçək həyatda azad – xürrəm gəzən, həyatın sözün əsl mənasında ləzzətini çəkən elə cinayətkarlar var ki, kriminal aləmin ən qatı təmsilçiləri belə onların yanında mələk kimi görünə bilər, çünki hətta sonuncular üçün də hansısa prinsiplər və ayaqlaya bilmədikləri ali dəyərlər var.
Üstəlik, onu da dərk edirəm ki, prinsipcə, hər bir adamın yolu məhbəsdən keçə bilər. Məgər bu vaxta qədər dünyada azmı siyasi və ictimai fəalın, jurnalistin, hətta yaradıcı insanın yolu məhbəsdən keçib? Məsələn, Ə.Elçibəyin bir sözü vardı ki, məhbəs görməyən siyasət adamı qızılca çıxarmayan uşaq kimidir.
Bir sözü qoyub, başqasına keçmək də olsa, məhz bununla bağlı elə özümün də bir detal yadıma düşür. Neçə illər bundan əvvəlin söhbətidir. Şəhərdə həbs olunmuş jurnalist həmkarlarmızdan birinin atası ilə rastlaşdım. Çalışdım ki, ona bir təsəlli, toxtaqlıq verim. Amma özünə ən böyük təsəllinini o, elə özü verdi. Qayıtdı ki:» Neyləmək olar? Həyatda kişi üçün məhbəs də var…»…
Sözsüz, belə yanaşma izafi dərəcədə sərt görünə bilər. Üstəlik, onu da deyim ki, bu cür hallara daha çox dünyanın anormal və yaxud da hələki normal sayıla bilməyən ölkələrində təsadüf olunur. Ölkələr və dövlətlər normal duruma gəldikcə məhbəslər də daha çox «ixtisaslaşır» və tamam kriminalların məkanına çevrilir. Amma bu proses nə vaxt bitəcəkdir? İndi dünyanın 200-ə qədər dövlətinin neçəsini belə normal dövlət hesab etmək olar?..
Elə bu səbəbdən mən də razılaşıram ki, məhbəs və ya məhkum məsələsinə hamımız bir az anlaşıqla yanaşmağa məhkumuq. Amma yenə deyirəm ki, sadəcə, məhbəs, məhkumluq həyatı yaşamaq bir şeydir və başadüşüləndir, sırf kriminal aləmsə tamam başqa! Düzdür, bəzən iki statusu ayıran «divar» o qədər nazik olur ki, hətta bu fikri belə korrektə etməli olursan…
Gəl, yenə də onları ciddi şəkildə ayırmağın tərəfdarıyam, hər halda, mənə elə bir hadisə məlum deyil ki, məhbus həyatı yaşamağa məhkum olmuş, tutaq ki, bir yaradıcı insan və yaxud da ki, siyasət və ictimaiyyət adamı dönüb kriminal dünyanın adamı olsun.
Məni ən çox düşündürən və narahat edən məsələsə bir azacıq da başqadır. Son olaylar və eləcə də indiyədək müşahidə etdiyim başqa detallar da məndə belə bir təəssürat yaradır ki, cəmiyyətimizçün hətta kriminal dünyanın nümayəndələri belə ən qalmaqallı siyasi məhbusdan daha maraqlıdır!
Fikirləşirəm ki, bəlkə başqa ölkələrdə də belədir? Bəlkə kriminalların həyatındakı detektiv elementləri və bir azacıq da «romantika» insanların diqqətini cəlb edir?..
Bilmirəm və bildiyim odur ki, gənclərimiz kriminal dünyanın liderlərinin adlarını daha yaxşı bilir, nəinki siyasət və ya ictimaiyyət fəallarının! Düşünürəm, bunu fikirləşməyə, hər halda, dəyər…