vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
17:40 | 24 fevral 2019 | Bazar Məqaləyə 2682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kürdə suyun səviyyəsi qalxıb

Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım var

MÖVZU İLƏ ƏLAQƏLİ

Çaylardakı suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 130 kub/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 177 kub/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 54 kub/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 69 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 403 sm (2018-ci il fevralın 22-də 404 sm), Şirvanda 275 sm (2018-ci il fevralın 22-də 279 sm), Salyanda 231 (2018-ci il fevralın 22-də 225 sm), Bankədə 215 sm (2018-ci il fevralın 22-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2018-ci il fevralın 22-də 116 sm) təşkil edib.