Növbəti əfv ANONSU ...
Kimlər azadlığa çıxacaq?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Sərəncamı gözlənilir»
Spiker böyük əfv haqda
-
Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
-
«Həbsdən azad olanlara dəyər vermək lazımdır»
Millət vəkili: «Kriminal əhval-ruhiyyədə insanların çoxalması cəmiyyət üçün narahatçılıq yaradır»
-
«Hər iki məhkumun əfv müraciəti olub, amma...»
Əvf Komissiyası bir məhkumun yerinə başqasının buraxılması iddiasına aydınlıq gətirdi
-
Adı əfv siyahısına düşən məhkumun yerinə başqası buraxılıb?
Penitensiar Xidmətdən açıqlama
-
Prezident 423 nəfəri əfv etdi
Bağışlanan məhkumların siyahısı açıqlandı
-
Qaldı 20 nəfər
Hüquq müdafiəçilərinin siyahısındakılardan 7-i əfvə düşdü
-
«Cahangir Hacıyev istəsə də edə bilməz…»
Əfv Komissiyasının üzvündən açıqlama...
-
Əfv olacaq
Komissiyanın iclası keçirilib
-
31 dekabrda əfv sərəncamı gözlənilir
«Hər il olduğu kimi ...»
-
Daha bir NİDA-çı əfv dilədi
«Cənab Prezident, şəxsim adına söz verirəm ki, ...»
-
İlham Əliyev 171 məhbusu əfv etdi
Bağışlanan şəxslər arasında hansı məşhurlar var?
“Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir”.
Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Komissiya üzvü qeyd edib ki, daxil olan müarciətlərlə bağlı aidiyyatı üzrə arayışlar hazırlanır: “Müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Yenə də qanunvericiliyn tələblərinə görə sədrin təşəbbüsü ilə iclaslar çağırılacaq. Hələ ki iclasların vaxtı bəlli deyil. Ümumilikdə əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də əfv sərəncamının verilib-verilməməsilə bağlı son sözü də ölkə rəhbərliyi deyəcək”.
Ə.Nuriyev Prezidentin təşəbbüsü və humanist addımı ilə hər il Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsinin ənənə halını aldığını vurğulayıb: “Ona görə bu ilin də istisna olmayacağı gözlənilir”.
Komissiya üzvü hüquq müdafiəçilərinin təqdim etdiyi siyahının da diqqətlə nəzərə alınacağını bildirib: “Bu, hər zaman belə olub. Prezident hüquq müdafiəçilərinin, Ombudsmanın və digərlərinin müraciətlərini nəzərə alaraq, əfv sərəncamı imzalayır. Söhbət kiminsə “siyasi məhbus”, yaxud hansısa ad altında məhkumluğundan getmir. Söhbət ictimai fəal olan şəxslərin azadlığının müzakirəsindən gedir ki, hər zaman Komissiya tərəfindən buna həssas yanaşılır.
Cənab Prezident bir neçə gün əvvəl hüquq müdafiəçiləri-Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni və mənim bloger Mehman Hüseynovla bağlı müraciətimə müsbət cavab verərək, bir daha deyilənləri təsdiqlədi. Ona görə də əminliklə deyə bilərik ki, Prezident bu kimi məsələləri hər zaman diqqət mərkəzində saxlayır. Bildiyiniz kimi, ötən sərəncamla müxtəlif KİV-lərdə “siyasi məhbus” adlandırılan 12 nəfər azadlığa qovuşdu. Ümid edirik növbəti əfv sərəncamında da bu kateqoriyadan olan şəxslərin adını görə biləcəyik”.
Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olunub.