vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
13:29 | 4 noyabr 2016 | Cümə Məqaləyə 890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da seçki kampaniyalarının son günləri

«O, hələ bir neçə il öncə istintaqa cəlb edilməli idi»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentliyinə namizədlər diqqətlərini noyabrın 8-də keçiriləcək seçkilərdə həlledici rol oynayacaq iki ştata - Şimali Karolina və Floridaya yönəldib.

Respublikaçı namizəd Donald Tramp Pensilvaniya və Şimali Karolinaya yola düşməzdən əvvəl Floridanın Ceksonvill şəhərində seçiciləri ilə görüşüb.

O, Klintonu milli təhlükəsizlik məlumatlarından şəxsi elektron poçtunda istifadə etməklə kriminal əməllərdə günahlandırıb.

«O, hələ bir neçə il öncə istintaqa cəlb edilməli idi», Tramp bildirib.

Demokrat namizəd Hillari Klinton isə ilk öncə Şimali Karolinanın Qreinsvill və yaxınlıqdakı Raleyq şəhərlərində iki yürüşə qatılacaq.

Klintonu Floridanın Mayami şəhərində ABŞ prezidenti Barak Obama təmsil edib. Obama Trampın birmənalı şəkildə prezidentliyə yararsız olduğunu bildirib.

"Siz gülürsünüz. Amma mən zarafat etmirəm. O, baş qərargahlar rəisi olmağa temperament baxımından yararsızdır"-deyə ABŞ dövlət başçısı sözünə davam edib.

Obama deyib ki, biz Floridada qalib gələcəyik.

Dövlət başçısı daha sonra Trampın kampaniyasını davam etdirəcəyi Ceksonvill şəhərində olacaq.

Rəy sorğuları namizədlərin kampaniyalarının başa çatacağı bu həftə olduqca yaxınlaşdığını göstərir. Tramp Floridada 4, Şimali Karolinada isə 3 səs çatışmazlığını aradan qaldıracaq.