vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
13:00 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kampaniyalar davam edir

Namizədlər seçici qarşısına müğənnilərlə çıxır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentliyinə namizədlər cümə günü də kampaniyalarına ara verməyib. Demokrat namizəd Hillari Klinton Miçiqan və Ohayo ştatlarında musiqiçilər Jay Z və Beyonse ilə barədə tərəfdarlarının qarşısına çıxacaq.

Respublikaçı namizəd Donald Tramp isə Nyu Hempşir, Ohayo və Pensilvaniya yürüşlərinə qatılacaq.

Rəy sorğuları seçicilərin namizədlərin kampaniyalarından bezdiyini göstərir. Lakin Seçki Layihəsi erkən seçiklərdə 36.5 milyon insanın iştirak etdiyini bildirib.

Namizədlər Ağ Ev üçün ən yararlı şəxs olduqlarına seçicilərini əmin etməyə çalışır.

Dünən ABŞ prezidentliyinə namizədlər diqqətlərini noyabrın 8-də keçiriləcək seçkilərdə həlledici rol oynayacaq iki ştata - Şimali Karolina və Floridaya yönəltmişdi.

Respublikaçı namizəd Donald Tramp Pensilvaniya və Şimali Karolinaya yola düşməzdən əvvəl Floridanın Ceksonvill şəhərində seçicilərlə görüşüb.

O, Klintonu milli təhlükəsizlik məlumatlarından şəxsi elektron poçtunda istifadə etməklə kriminal əməllərdə günahlandırıb.

Klintonu Floridanın Mayami şəhərində təmsil edən ABŞ prezidenti Barak Obama Trampın birmənalı şəkildə prezidentliyə yararsız olduğunu bildirib.