Natiq Əmirova etimadın sirri
Əli Əsədov oyundan kənar vəziyyətə salındı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
İlham Əliyev yanvarın 25-də Natiq Əmirovu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə təyin edib. Prezidentin bu təyinatının neftin qiymətinin kəskin düşməsindən sonra Azərbaycanda yaranmış yeni iqtisadi şəraitdən irəli gəldiyi aydındır. İqtidar ciddi islahatlar ərəfəsindədir və görünür, prezident özünün inandığı kadrı köməkçi vəzifəsinə gətirməklə daha işlək bir mexanizm yaratmağı düşünür.
İndilikdə bu təyinatı daha ilginc edən səbəb prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla bağlıdır. Çünki bu sərəncamla 1998-ci ilin aprelindən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olan Ə.Əsədovun sonrakı taleyi ciddi sual altına düşüb. Həm də Prezident Administrasiyası rəhbərinin müavini olan Ə.Əsədovun köməkçi vəzifəsindən azad edilməsi barədə hələ ki rəsmi xəbər yayılmayıb. Amma belə görünür ki, N.Əmirova məhz Ə.Əsədovun kurasiya edəcəyi sahə həvalə edilib, üstəlik, səlahiyyətləri daha da genişləndirilib.
Uzun illərdir prezidentin iqtisadi komandasında ən vacib fiqurlardan biri olan Ə.Əsədov son aylar prezidentin açılışlarında gözə dəymir, müşavirələrində isə arxa planda görünür.
Eldar Mahmudov ötən ilin oktyabrında milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılandan sonra Əli Əsədov da hədəfə gəlmişdi. Onun E.Mahmudovla yaxınlığı barədə mediada hələ nazirin mövqelərinin ən güclü olduğu vaxtdan yazılırdı. Məlumatlarda deyilirdi ki, Əli Əsədovla Eldar Mahmudov hələ gənclik illərindən dostluq ediblər, ali məktəbdə birgə oxuyublar. Eldar Mahmudovun 2014-cü ildə nazir vəzifəsinə təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilirdi. İddia olunurdu ki, MTN şefi uzun illər fəaliyyətini onunla birgə koordinasiya edib, hətta Ə.Əsədovun tapşırıqlarının icraçısı olub.
Maraqlıdır ki, onun adı Beynəlxalq Bank işində də hallanır. İddialara görə, milyon manatlarla kreditlərin verilməsində onun da ciddi rolu olub, müəyyən iş adamlarını himayə edərək onlara külli miqdarda kredit ayrılmasına nail olub. Ə.Əsədov bu xəbərlərə indiyədək cəmi bir dəfə reaksiya verib. O, Eldar Mahmudovun əleyhinə danışmayıb, həbs edilə biləcəyi ilə bağlı iddiaları isə rədd edib.
Məlumdur ki, Bakının abadlıq-quruculuq işləri uzun illər Əli Əsədovun nəzarətində olub. Bu səbəbdəndir ki, İlham Əliyev paytaxtda görülən abadlıq-quruculuq işləri ilə tanış olarkən, yaxud açılış edərkən onu Bakının icra başçısı deyil, adətən Əli Əsədov müşayiət edirdi. Onun adı Bakı meri ola biləcək şəxslər sırasında da həmişə ön sırada çəkilirdi.
Ə.Əsədovun ölkə başçısının yanında etimadını hələ may ayında, Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra itirdiyi iddia olunurdu. Bundan sonra Əli Əsədovun kurasiya etdiyi Dövlət Bayraq Meydanı İdarəsində (bu günlərdə Bakı Bulvar İdarəsinə birləşdirilidi - red) külli-miqdarda yeyinti faktları üzə çıxdı. E.Mahmudovun «vurulmasından» sonra isə Ə.Əsədov prezidentin ətrafından uzaqlaşdırıldı.
Yayılan məlumatlarda o da bildirilirdi ki, artıq Əli Əsədovun kurasiya etdiyi şirkətlər də başqa şəxsin idarəçiliyinə verilib. Bununla yanaşı, onun siyasi proseslərə təsir imkanları da əlindən alınıb. Onun tutduğu vəzifələr faktiki olaraq formal xarakter daşıyır ki, prezidentin son sərəncamı da bunu təsdiqləmiş oldu.