«Lələtəpədə gördüm ki, …»
İlham Əliyev: «Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
«Ölkəmizin hərbi potensialı gündən-günə güclənir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnologiyalara malikdir. Döyüş qabiliyyətimiz artır, peşəkarlıq artır. Kadr potensialı da güclüdür. Və sizin kimi gənclər gələcəkdə ordumuzun, bütün hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır». Vaxt.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbətində bildirib.
Dövlət başçısı gənclərə şərəfli peşə seçdiklərini bildirib: «Siz hərbçi peşəsini seçmisiniz. Çox şərəfli peşədir. Bu peşə ölkəmizə lazımdır, dövlətimizə lazımdır. Bax bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək bu ərazini və Füzuli rayonunun digər ərazilərini işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar, qəsəbələr salınır, inkişaf gedir və bu, ölkəmizin gücünü göstərir. Biz işğaldan azad edilmiş ərazilərdə belə yüksək səviyyəli şərait yarada bilmişik».
İlham Əliyev vurğulayıb ki, ordumuzun gücü ilk növbədə ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır: «Döyüş qabiliyyətimiz də buna bağlıdır, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda qəhrəmanlıq göstərməlidir. Bizim ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz ordumuzla, hərbçilərimizlə fəxr edirik.
Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, Vətənə bağlıdır. Peşəkarlıq, nizam-intizam, vətənpərvərlik, döyüş qabiliyyəti - bu bizim böyük üstünlüyümüzdür. Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik. Aprel döyüşləri bir daha ordumuzun gücünü göstərib. Biz ordumuzla fəxr edirik. Şəhidlərimiz Vətən uğrunda qan töküb. Biz işğala son qoymalıyıq və qoyacağıq».