vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
08:11 | 30 noyabr 2016 | Çərşənbə Məqaləyə 1389 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parçalanma dərinləşir?

AP-də səsvermə Avropada Rusiyanın «dostlarının olduğunu göstərir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Parlamentində (AP) Fransa, İtaliya və Yunanıstanı təmsil edən deputatların çoxu Rusiyanın «anti-Aİ təbliğatını» pisləyən qətnamə əleyhinə səs verib, İttifaq institutlarının fəaliyyətilə bağlı dərc edilmiş təhlildə deyilir.

23 noyabrda qəbul edilmiş qətnamə Rusiya və islamçıların media kampaniyalarına qarşı daha sərt Aİ addımlarına səsləyirdi.

Mətnə əsasən xüsusən də sosial şəbəkələrdə yayılan qərəzli xəbərlər Aİ daxilində parçalanmanı dərinləşdirir.

Səsvermə vaxtı bir çox millət vəkili öz partiyalarının siyasi göstərişinə tabe olmayıb, «Votewatch Europe» araşdırma mərkəzinin təhlilində qeyd olunur.

Rusiya prezidenti AP qətnaməsini tənqid edərək deyib ki, səsvermə Avropada demokratiyanın tənəzzülə uğradığını nümayiş etdirir.

Aİ qətnaməsinə 304 deputat dəstəkləyib. Onun əleyhinə 179 səs verilib və 208 millət vəkili bitərəf qalıb.

Sənədə ən çox dəstək verən Şərqi Avropa ölkələri olub. Hərçənd bolqarıstanlı millət vəkilləri arasında sənədə dəstək daha az olub.

Çoxu avroskeptiklərdən ibarət olan Britaniya deputatlarının qrupu qətnamə əleyhinə səs verib. 68 fransalı millət vəkili arasında isə yalnız 3 nəfər sənədi dəstəkləyib.

18 Yunanıstan deputatının hamısı qətnaməyə qarşı olub.

Rusiya və Aİ arasında siyasi bəyanatlar mübadiləsi 2013-2014-cü illərdə, Ukraynanın şərqindəki üsyan və Krımın ilhaqından sonra kəskinləşib.