vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
09:31 | 2 dekabr 2016 | Cümə Məqaləyə 865 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Referendum ola bilməz!

İlham Əliyev bu ideyanı necə qəti rədd etdi...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda nəşr edilən «Qraparak» qəzeti yazır ki, prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyan vaxtaşırı olaraq hakim Respublika partiyasının idarə heyətinin iclaslarında Dağlıq Qarabağa dair danışıqların detallarını bölüşürlər. «Ona görə ki, «qocalarda» XİN rəhbərinin biznes-klassda ora-bura uçmaqdan başqa nəsə işlə məşğul olmadığı görüntüsü yaranmasın» - qəzet yazır.

Daha sonra qəzet hakim partiyadakı mənbəyə istinadən iddia edir ki, belə söhbətlərdən birində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağda referendumun keçirilməsi müddəti barədə dialoqdan bəhs edilib.

Qəzet yazır: «Referendum ideyasına qəti qarşı olan Əliyev Serj Sərkisyandan soruşub:-mənim deyəcəyim istənilən müddətə razılaşacaqsınız? «Bəli»-Əliyevin heç bir müddət çərçivəsi ilə razılaşmayacağına əmin olan Serj cavab verib. «İyirmi il» - Əliyev deyib. «Razıyam» - Sərkisyan cavab verib. «Otuz il» - Əliyev bildirib. «Razıyam» - Sərkisyan yenə bildirib. «Yetmiş» - Əliyev deyib. «Bu qədər yaşamırlar» - Serj bu dəfə etiraz edib».

Xatırladaq ki, Dağlıq Qarabağda yekun statusun müəyyən edilməsi üçün referendumun keçirilməsi Madrid sənədində əksini tapıb. Plana əsasən referendumun keçirilməsi üçün hansısa zaman çərçivəsi müəyyən edilməliydi.