Ötən il 370 milyard dollarlıq silah satılıb
ABŞ şirkətlərinin silah gəliri azalıb, amma satışın yarıdan çoxu onlara aiddir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Dünyanın ən iri silah şirkətləri ötən il 370.7 milyard dollarlıq silah satıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) beynəlxalq silah sənayesi haqda son hesabatında belə deyilir.
SIRPI-nın hazırladığı sənəddə dünyanın 100 ən böyük silah və hərbi xidmət şirkətindən danışılır. Siyahıya yenə ABŞ-ın silah istehsalçıları liderlik edirlər. Onların silah satışının həcmi keçən il 209.7 milyard dollar olub. Bu isə 2014-cü illə müqayisədə 2.9 faiz azalma deməkdir.
SIRPI Birləşmiş Ştatların iri silah şirkətlərinin satış həcminin 5 ildir ki, azalmaqda olduğunu qeyd edir. Gəlirlərinin azalmasına baxmayaraq, dünyanın iri silah istehsalçılarının yarıdan çoxu Birləşmiş Ştatların payına düşür.
Avropanın silah şirkətləri isə gəlirlərini çoxaldıb, 95.7 milyard dollar əldə ediblər. SIRPI-nın 100-lüyünə daxil olan Avropa silah şirkətlərinin satış həcmi 2015-ci ildə 6.6 faiz artıb. Avropada ən çox Fransanın silah şirkətlərinin irəli düşdüyü görünür. Hesabatda Fransaya məxsus şirkətlərin gəlirlərini 13.1 faiz artırdığı, 2015-ci ildə 21.4 milyard dollara çatdırdığı deyilir. Qərbi Avropada silah satışının həcminin artmasında məhz Fransanın 6 şirkətinin payı olub.
100-lüyə daxil olan 11 Rusiya şirkətinin silah satışından əldə etdiyi gəlir keçən il 30.1 milyard dollar təşkil edib. Bu da öncəki illərlə müqayisədə 6.2 faiz artım deməkdir. SIRPI Rusiyanın gəlirlərinin vertolyotlar, taktiki raketlərin satışının artması hesabına çoxaldığını qeyd edir, bununla belə, bir il öncəylə müqayisədə rus silah şirkətlərinin zəiflədiyini vurğulayır.
Silah satışında ən böyük artım Cənubi Koreya şirkətlərinə məxsusdur, 2015-ci ildə onların gəlirinin 31.7 faiz artdığı müəyyən edilib. Türkiyənin silah şirkətlərinin satış həcmi 10.2 faiz, Hindistan şirkətlərininki 9.3 faiz artıb. Ən böyük azalma isə 100-lükdəki Braziliya şirkətində müşahidə edilib. 2015-ci ildə Braziliyanın ən iri silah şirkətinin gəlirləri 28.1 faiz azalıb. SIRPI dünyada cəmi silah satışının həcminin 2015-ci ildə 0.6 faiz azaldığını bildirir. Azalma 5-ci ildir müşahidə olunur. SIRPI Silah Sənayesi haqda Məlumat Bazası 1989-cu ildə yaradılıb, dünyanın silah şirkətləri haqda bilgiləri toplayır. (“Azadlıq” radiosunun xülasəsi)