«Məqamı əldən versək, bizim üçün daha pis olacaq»
Ter-Petrosyanın sensasiyalı nitqi: «İlham Əliyev səmərəli düşünən dövlət xadimidir…»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Təqib olunmaq maniyası”
Eks-prezident Ter-Petrosyan da istintaqda dindirəcək
-
Levon Ter-Petrosyan saxta parlamenti toplaşmağa qoymur
Ermənistan Milli Konqresi son qərarını elan etməyib
-
Ter-Petrosyan erməniləri «qul» adlandırdı
«Ermənistanda orta sinif məhv edilib»
-
Ter-Petrosyandan Qarabağ xəbərdarlığı
Eks prezident seçkiyə qiymət verdi: «Seçkilərdən başqa nəticə gözləmək siyasi savadsızlıq olardı»
-
Ohanyanla Ter-Petrosyanın şansı qalmayıb
Exit-poll: Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür
-
Elektron qurğu Levon Ter-Petrosyanı da «tanımadı»
Ermənistan parlamentinin spikeri də eyni aqibəti yaşayıb
-
Ermənistanda kritik səsvermə başladı
Qan və ölüm vəd edən Sərkisyan, yoxsa...
-
Ter-Petrosyana hücüm başladı
«Daşnaklar»: «Təslim olmaq da sülhə səbəb olan addımdır»
-
Reallığı başa düşən nadir erməni siyasətçi
Ter-Petrosyan: «Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır»
-
«Mən bu ideyanın ən fanatik məddahıyam, amma»
Ter-Petrosyan: «Sərkisyan Qarabağı tanımağa tələb etsə, ona gülərlər»
-
Karapetyan anlayır ki, ...
Bakının seçki öncəsi Ermənistana mesajı nə olmalıdır?
-
Ermənistandakı seçkinin həlledici faktoru - Qarabağ
Rəqiblər İrəvanda «Qarabağ savaşı» aparır; Serj Sərkisyan hakimiyyətinin baş naziri də müxalifətlə eyni sözü deməyə başlayıb
-
«Bu, təbii prosesdir»
Ter-Petrosyan: «Qarabağ məsələsində Ermənistan da, Azərbaycan da güzəştlərə razıdır, amma...»
-
Ermənistan seçkilərə doğru
Siyasi blokların Qarabağ haqda təklifləri
-
Ermənistan parlamentində qarşıdurma
«Yelk» bloku seçkilərin indidən saxtalaşdırıldığını bildirir
-
«Qarabağda sülh» şüarı
Ter-Petrosyan seçkilərə bir müttəfiqlə qatıldı
Virtualaz.org Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyanın partiyasının qurultayındakı sensasion çıxışı barədə dünən məlumat vermişdi.
Xatırladaq ki, L.Ter-Petrosyan çıxışında bildirib ki, bu gün Ermənistanda irəli sürülən «ordu-xalq» ideologiyası təhlükəlidir və iflasa məhkumdur: ««Xalq-ordu» (İsraildə olduğu kimi bütün xalqın ideoloji baxımdan döyüşkən ordu şəklində təşkil olunmasından söhbət gedir.-red) modelinin erməni variantının arxitektorlarına buradan üç sual verirəm: bu proqram nədən irəli gəlir, həll edəcəyi vəzifə nədir, onun həyata keçirilməsi üçün hansı resurslar tələb olunur?»
Eks-prezidentin sözlərinə görə, Ermənistanın əhalisi 1988-ci il zəlzələsindən və Sovet İttifaqının dağılmasından sonra daim azalıb, bu proses indi də dayanmayıb: «İnsan resursları baxımından Ermənistan hakimiyyəti diaspora böyük ümid bəsləyir. Mən özüm diaspordan olan biri kimi bütün məsuliyyətimlə deməliyəm ki, bu gözləntilər tamamilə sayıqlama və özünüaldatmadır. Yada salmaq kifayətdir ki, 1990-cı illərdəki müharibədə diaspordan cəmi 12 erməni iştirak etmişdi. Onların siyahısını bir ayrısı yox, müharibənin bütün detallarını bilən Vazgen Sərkisyan açıqlamışdı».
Ter-Petrosyan qeyd edib ki, əgər Ermənistanın indiki iqtisadi vəziyyəti acınacaqlı olmasaydı, hakimiyyət heç bir halda Qarabağda ölən və yaralanan əsgərlər üçün fond yaratmağa, ayda hər işləyən vətəndaşdan 1000 dram (2 dollara yaxın) pul yığmağı nəzərdə tutan dilənçiliyə getməzdi. «Bu, «xalq-ordu» ideologiyasının nüfuzdan düşdüyünü göstərən ilk addımdır, eyni zamanda dövlətin ləyaqətinə də zərbə vurub, bizi bütün dünyanın qarşısında gülünc duruma salıb»-Ter-Petrosyan deyib.
Onun fikrincə, «ordu-xalq» proqramı iflasa məhkumdur, təhlükəlidir və yeganə nəticəsi ancaq Ermənistandan miqrasiyanın artmasına stimul vermək, ermənilərin kökünün Qarabağdan və Ermənistandan kəsilməsinə aparıb çıxarmaq olacaq. «Belə təəssürat yaranır ki, rejim sanki xalqın məhvi hesabına bu proqramın yalnız bir elementini həyata keçirmək istəyir. Yəni ola bilsin nə vaxtsa bizim güclü ordumuz olacaq, ancaq o vaxta kimi xalq qalacaq ya yox, bu sual altındadır» – Konqres lideri bildirib.
Ter-Petrosyan çıxışında onu da deyib ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistan və Qarabağ erməniləri üçün heç bir inkişaf perspektivi ola bilməz.
Bizə elə gəlir ki, L.Ter-Petrosyanın bu nitqi əhəmiyyətinə görə, onun hətta 1998-ci ildə böyük rezonansa səbəb olmuş, prezidentin faktiki yerdəyişməsinə və Ermənistanda dövlət çevrilişinə gətirib çıxarmış «Hərb və sülh?» adlı məqaləsini də kölgədə qoya bilər.
Bəs o, çıxışında daha nələrə toxunub?
Bu gün Ermənistanın «Aravot» qəzeti L.Ter-Petrosyanın həmin nitqinin tam stenoqramını dərc edib. Güman edirik ki, erməni müxalifətinin liderinin bu proqram çıxışı Azərbaycanın oxucu auditoriyası arasında da böyük marağa səbəb olacaq. Haqqin.az saytı L.Ter-Petrosyanın nitqini ixtisarsız dərc edib.