vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:12 | 23 mart 2017 | Cümə axşamı Məqaləyə 2133 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən bu ideyanın ən fanatik məddahıyam, amma»

Ter-Petrosyan: «Sərkisyan Qarabağı tanımağa tələb etsə, ona gülərlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın birinci prezidenti, «Erməni Milli Konqresi»nin (EMK) lideri Levon Ter-Petrosyan EMK və EXP seçki blokunun proqramını təqdim edərək bildirib ki, xalq hakimiyyətdən Qarabağ probleminin həllini tələb etməlidir.

Virtualaz.org-un məlumatına görə, Ter-Petrosyan «Azadlıq» radiosuna deyib: «Hakimiyyəti xalq seçib, o yalnız bir şeyi tələb etməlidir: bu problemi həll edin- bizim bədbəxtliklərimizə, bizim əzablarımıza, sərhədlərdə bizim uşaqlarımızın gündəlik həlak olmasına son qoyun. Ermənistanın və Azərbaycanın xalqları öz hakimiyyətlərini barışığa getməyə məcbur etməlidir. Və mən bu ideyanın, əgər belə demək olarsa, ən fanatik məddahıyam. Əgər bu edilməyəcəksə, heç bir həll olmayacaq.

İndi danışarkən nə deyirlər? Deyirlər ki, qoy əvvəlcə Azərbaycan Qarabağın müstəqilliyini tanısın, biz ərazini sonra qaytaracağıq. Bunu necə siyasi düşüncə hesab etmək olar? Serj Sərkisyan gedib deyə bilər ki, «cənab Putin, cənab Tramp, cənab Olland, mən tələb edirəm?..». Ona sadəcə gülərlər».

Levon Ter-Petrosyanın fikrincə, 1988-ci ildən bəri Qarabağ qədər əhəmiyyətli məsələ yoxdur və bu məsələ səsvermə vaxtı seçicilər üçün də həlledici olmalıdır.

Azərbaycan tərəfinə ərazi güzəştləri haqda danışarkən, hansı ki, hazırda danışıqlar masası üzərindəki sənədlərdə bəhs olunur, Ter-Petrosyan qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın nəzarət altında olan rayonlarını «azad edilmiş», «tarixi», «müqəddəs» və s. adlandıra bilər, amma beynəlxalq ictimaiyyət onları işğal edilmiş hesab edir.

«Biz bu əraziləri Azərbaycana yox, beynəlxalq instansiyalara veririk, biz BMT-nin və ATƏT-in tələblərini yerinə yetirməliyik», - deyə siyasətçi vurğulayıb.

L.Ter-Petrosyanın fikrincə, o fakt ki, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə və təhlükəsiz mövcudluğu hüququ haqda sənədlərdə əks olunur, bu artıq Bakı tərəfindən böyük güzəştdir.

Siyasətçi xatırladıb ki, Azərbaycan ümumiyyətlə belə muxtariyyətin mövcudluğuna qarşı idi.

Ter-Petrosyan danışıqlarda Ermənistanla quru əlaqəsini təmin edən Laçın dəhlizi üzərində nəzarətin Qarabağ tərəfində saxlanılması haqda bəndi ermənilərin daha bir əhəmiyyətli qələbəsi adlandırıb.

Bundan başqa, Bakı şərt qəbul edir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan bu razılaşmaların yerinə yetirilməsinə zamin olurlar: «Beləliklə, əgər Azərbaycan razılaşmaları pozacaqsa, Ermənistan məsələyə qarışmaq hüququna malik olacaq, yəni, biz artıq qanuni olaraq Qarabağ əhalisinin təhlükəsizliyinin qarantı oluruq».

Ter-Petrosyanın hesablamalarına görə, indiki proseslər güman etməyə əsas verir ki, münaqişənin nizama salınmasına ən yaxın vaxtda nail olmaq mümkün olacaq.