Petrosyanın maraqlı mühafizəsi ...
Eks-prezident tələbəsini həm qoruyur, həm də...
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
Ermənistanın uzun illərdir susan eks-prezidenti Levon Ter-Petrosyan qəfil açıqlama verərək keçmiş tələbəsi baş nazir Nikol Paşinyanı rəqiblərindən qorumağa qərar verib. “Sükutu pozuram” deyən Levon Ter-Petrosyan özünü deyil Paşinyanı yanlış ittihamlardan qorumaq istədiyini bildirib.
Birincisi, Levon Ter-Petrosyan iddia edir ki, Paşinyan guya onunla məsləhətləşmir. Normalda istənilən siyasətçi prezidentin və ya baş nazirin onunla məsləhətləşməsindən qürur duyardı. Ancaq Levon Ter-Petrosyan Paşinyanın onunla məsləhətləşmələri xəbərini mənasız, hətta ağılsız adlandırıb. Görünür, Levon Ter-Petrosyan bu iddiları yalanlamaqla həqiqətən Paşinyanı müxalifətin təzyiqindən qurtarmaq istəyir. Eks-prezidetin “mən Paşinyandan daha müstəqil insan görməmişəm” sözləri də bundan xəbər verir. Levon Ter-Petrosyan iddia edir ki, Paşinyanla sonuncu dəfə 2012-ci ildə görüşüb və baş nazirlə telefonla söhbəti olmayıb. Doğrusu, buna inanmaq çətindir. Çünki, Paşinyanın bir neçə dəfə Levon Ter-Petrosyanla görüşməsi xəbərini elə baş nazirin yaxın ətrafı yaymışdı.
İkincisi, Levon Ter-Petrosyan Paşinyanı müxalifətin ortaya atdığı “Paşinyan torpaqları Azərbaycana geri qaytaracaq” ittihamlarından da qorumağa çalışır. “O məndən məsləhət almır” deyən Levon Ter-Petrosyanın sonrakı “nə mən, nə də Paşinyan heç vaxt “sülh əvəzinə ərazilər” düsturundan istifadə etməmişik” cümləsi ziddiyət təşkil edir. Əgər Sənin baş nazirlə təmasın yoxdursa onda necə qətiyyətlə söyləyirsən ki, Paşinyan sülhə görə torpaqları güzəştə getməz. Bəlkə, Paşinyanın beynində Sənə məlum olmayan plan var? Belə bir planın olmadığını dəqiq bilirsənsə, demək Sən də işin içindəsən.
Üçüncüsü, Levon Ter-Petrosyan Paşinyanı müxalifətin ittihamlarından qorumaqla yanaşı bu sözlərlə baş nazirlə arasında məsafə qoymağı da lazım bilir: “Ermənistanın hər bir lideri öz proqramına görə məsuliyyət daşıyır”. Bununla Levon Ter-Petrosyan demək istəyir ki, sabah Paşinyanın səhvləri Ermənistana problemlər yaratsa buna görə baş nazir məsuliyyət daşıyacaq və bu problemlərin eks-prezident kimi ona dəxli olmayacaq. Maraqlı gedişdir. Bir tərəfdən tələbəsini qoruyur, digər tərəfdən tələbəsinin gələcək addımlarına görə məsuliyyət daşımadığını bildirir.