vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:01 | 29 mart 2017 | Çərşənbə Məqaləyə 2640 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Reallığı başa düşən nadir erməni siyasətçi

Ter-Petrosyan: «Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Virtualaz.org İnterfaks-ABN-ə istinadən bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib.

Ter-Petrosyan «Kentron» telekanalının efirində deyib: «Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq».

Ter-Petrosyan qeyd edib ki, dövlət cəmiyyəti münaqişənin həllinə hazırlamalıdır: «Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam».

Qeyd edək ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi «Erməni Milli Konqresi» aprelin 2-də keçiriləcək parlament seçkilərinə «Ermənistan Xalq Partiyası» ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.