vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
12:12 | 16 dekabr 2022 | Cümə Məqaləyə 6494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yolkəsənlərin başqa yolu yoxdur!

Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Laçın-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçılarının Qarabağdakı erməni separatçı tör-töküntülərinin “başçısı” Araik Arutunyanın və Rusiyanın “emissar”ı kimi Xankəndiyə göndərilmiş dələduz milyarder Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etmələri ilə bağlı şüarlar səsləndirməsi, “Arutunyan, rədd ol”, “Vardanyan, rədd ol”, deyə çağırış etmələri öz-özlüyündə yaxşıdır. Lakin əsas çağırışlar, tələblər bu iki qoturun personası üzərində qurulmamalıdır.

Çünki aksiyaçılarımız hazırda onlarla yox, məhz Rusiyanın dırnaqarası “sülhməramlı”ları ilə üz-üzə dayanıb. Bizim qarşımızı kəsənlər Araik və Vardanyan deyil ki. Yolkəsən rolunda məhz “sülhməramlı”lar çıxış edir. Bizim ekoloqlarımızın, dağ-mədən mütəxəssislərimizin qarşısını kəsən də, monitorinqə şərait yaratmaqdan imtina edən də “sülhməramlı”lardır. 

Ona görə də Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir. Biz onları tələblərimizin, şüarlarımızın “baş qəhrəman”larına çevirmiş olsaq, o zaman bütün diqqətlər “sülhməramlı”ların üzərindən yayınıb bu separatçılara fokuslanacaq. “Sülhməramlı”lara da elə bu lazımdır. 

Çünki onların məqsədi hazırkı gərgünliyi aksiyaçılar – “sülhməramlı”lar müstəvisindən aksiyaçılar – ermənilər müstəvisinə keçirməkdir. Bu da ermənilərlə bizim toqquşmağımıza gətirib çıxara bilər. Və buna nail olmaq üçün “sülhməramlı”ların cürbəcür təxribatlar törətmək imkanları var. 

Ona görə biz Arutyunyanı və Vardanyan kimi urvatsızları, bitmiş adamları şüarlarımızın, tələblərimizin mərkəz nöqtəsinə gətirməməliyik. Bu onlar üçün böyük bir şərəf olardı və həm də onlar bunu özlərini piar etmək, vacibliklərini göstərmək üçün fürsət kimi dəyərləndirə bilərlər. 

Odur ki, ilk gündən aksiyamızın qarşı tərəfi kimi, cavabdeh tərəf kimi və nəhayət, tələblərimizə münasibət bildirməli olan tərəf kimi “sülhməramlı”ları nəzərdə tutmuşuqsa, elə bu xətti də aksiyanın sonuna qədər davam etdirməliyik. 

Biz “sülhməramlı”ların bizə hiylə qurmasına, bizə qarşı oyun oynamasına və aksiyanın uzanaraq sonda nəticəsiz başa çatdırılmasına yol verməməliyik. 

“Sülhməramlı”lar Azərbaycanın monitorinq qrupunu faydalı qazıntı yataqlarının yerləşdiyi ərazilərə buraxmalı və təhlükəsizliyi təmin etməlidirlər. “Sülhməramlı”ların (daha doğrusu, yolkəsənlərin) başqa yolu yoxdur! 

Əks təqdirdə isə, Azərbaycan “sülhməramlı”ların kompetent olmadığını, öz missiyasını yerinə yetirə bilmədiyini elan etmək hüququnu özündə saxlayır. 

P.S.: Bizi raketlə vurmaqla hədələyən ölkə sülhməramlı ola bilməz!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)