
Sözə sığmayan kəlmələr
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
... Yaxud əlləri havada qalan Ağdam sakini
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz olaraq qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə dekabrın 12-dən Laçın-Şuşa yolunda davam edən dinc aksiyaya Türkiyədəki QHT-lər də dəstək verir.
Bununla bağlı Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) təşəbbüsü ilə bəyanat qəbul olunub. Bir sıra qeyri-hökumət təşkilatlarının da qoşulduğu bəyanat və Laçın dəhlizi aksiyaçılarına dəstək üçün atılacaq addımlar barədə dekabrın 15-də keçirilən mətbuat konfransında TADİV rəhbəri professor Aygün Əttar məlumat verib.
A.Əttar deyib ki, Azərbaycan torpaqlarının Ermənistan və onun tərəfdarları tərəfindən növbəti dəfə qanunsuz istismarına yol verilməməsi üçün Türkiyədəki qeyri-hökumət təşkilatları Azərbaycandan olan həmkarlarına dəstək göstərməyə hazırdır. TADİV rəhbəri bildirib ki, bu gündən başlanan dəstək kampaniyasına daxil olan heyət ən yaxın zamanda Azərbaycana səfər edərək, aksiyaçıların yanında olacaq: “Çünki biz Türkiyə və Azərbaycan olaraq “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun davranışımızla bütün Türk dünyasının həmrəyliyi üçün ən gözəl modelə çevrilmişik.
TADİV rəhbəri qəbul edilən bəyanatın Ankarada yerləşən Rusiya səfirliyinə və BMT-nin nümayəndəliyi başda olmaqla, bütün beynəlxalq təşkilatlara göndəriləcəyini deyib.
Bəyanatda qeyd edilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əməl etməyən, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən Fransa, Rusiya və Amerika üçbucağı qarşısında özünü məzlum rola salır, digər tərəfdən Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər Laçın dəhlizi vasitəsilə silahlandırılır, separatçı fəaliyyətə təkan verilərək Qarabağın təbii sərvətləri beynəlxalq kriminal fəaliyyətlərlə məşğul olan iş adamları və şirkətlər vasitəsilə talanır.
Bəyanatda bildirilir ki, Azərbaycanın aidiyyəti qurumlarının mütəxəssislərinin ölkəmizə məxsus olan mədənlərə qanuni yolla nəzarət etmək və orada Azərbaycanın ekologiyasına dəyən ziyanı müəyyən etmək cəhdinin qarşısının alınması yolverilməzdir. Buna Azərbaycan ictimaiyyəti haqlı olaraq ciddi reaksiya verdiyi üçün Laçın-Şuşa yolunda aksiya başlanıb.
Bəyanat dünyanın ekoloqlarını və müvafiq beynəlxalq təşkilatları Azərbaycanın ekologiyasının Ermənistan tərəfindən məhv edilməsinə son qoyulması üçün fəal olmağa çağırır.