MTN-in qadın alverçisi ilə nə alış verişi?
Akif Çovdarov telefonda alçaltdığı qadın
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Bugünkü iclas cinayət işinin zərərçəkmiş Zakir Bədəlovun iddiası əsasında baxılan epizodu üzrə şahidlərin ifadə verməsi ilə başladı.
Xatırladaq ki, Zakir Bədəlov məhkəmədə verdiyi ifadədə 2009-cu ildə Səlim Məmmədovun onun şəxsiyyət vəsiqəsini əlindən aldığını, Akif Çovdarovun 200 min manat tələb edərək, Gürcüstana deportasiya ilə hədə-qorxu gəldiyini demişdi.
Akif Çovdarov telefonda qadını alçaltdı
Zərərçəkmişin qızı Tamara Bədəlova bildirib ki, atası MTN-ə aparıldıqdan sonra bir neçə saat ondan xəbər ala bilməyiblər. Sonra şahidin anası Akif Çovdarovun mobil telefonuna zəng edərək, ərinin harada olması ilə maraqlanıb. Şahidin sözlərinə görə, MTN generalı qadına yaraşmayan ifadələr işlətməklə, Zakir Bədəlovun yerini deməyi artıq hesab etdiyini bildirib.
Bir müddət sonra Zakir Bədəlov ailə üzvlərinin gözü qarşısında zorla maşına otuzdurularaq, Dövlət Miqrasiya Xidmətinə aparılıb. Qızının sözlərinə görə, hüquqşünas olduğu üçün atasının məsələsini müzakirə etmək məqsədilə Xidmətin rəisi ilə görüşüb. DMX-də Tamara Bədəlovaya bildiriblər ki, MTN-dən daxil olmuş məktub əsasında araşdırma aparılır və Zakir Bədəlov Azərbaycan Respublikasının vətəndaşı deyil. Şahid vətəndaş olmadığı təqdirdə uzun illərdir atasının Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsinin olmasını diqqətə çatdırıb.
Bu epizodla əlaqədar şahid Elxan Əliyev də ifadə verib. O, həmin illərdə Zakir Bədəlova məxsus tikilidə yer icarəyə götürdüyünü və ev alqı-satqısı ilə məşğul olduğunu deyib. Şahid heç bir hadisənin bilavasitə iştirakçısı olmadığını və ümumiyyətlə, baş verənlərdən xəbərsiz olduğunu məhkəmənin diqqətinə çatdırıb.
«5-10 manat qazanmaq üçün» 30 min manat
Bundan sonra Neman Kərimovun iddiası əsasında baxılan epizod üzrə şahidlər ifadə verməyə başlayıblar. Xatırladaq ki, keçmiş polis işçisi N.Kərimov ötən iclasda MTN-ə aparılaraq, Sevinc Rüstəmovaya qalan 20 min manatlıq borcunun ödənilməsi bəhanəsi ilə daha 60 min manat «soyulduğunu» bildirmişdi.
Virtualaz.org məhkəmə zalından xəbər verir ki, baş verənlərlə bağlı ifadə verən şahid Sevinc Rüstəmova Neman Kərimovla rəfiqəsi vasitəsilə tanış olduğunu deyib. 2009-cu ildə N.Kərimov qızdan 30 min manat borc istəyib və Sevinc Rüstəmovanın sözlərinə görə, o, başqa bir adamdan xahiş olunan məbləği taparaq, «5-10 manat qazanmaq xatirinə» pulu faizlə Neman Kərimova verib.
Şahid qeyd edib ki, 3-4 ay pulu faizi ilə birlikdə alıb, lakin sonradan ödənişlər dayanıb. Bu arada Sevinc Rüstəmova Neman Kərimov vasitəsilə MTN işçisi Elçin Çıraqovla tanış olur (bu tanışlığın maraqlı səbəbi barədə az sonra oxuya bilərsiniz). Ödənişlər dayandıqdan sonra S.Rüstəmova bir müddət N.Kərimovla əlaqə saxlayaraq, ondan pulun qalanını tələb edir. Lakin sonradan zərərçəkmişə zəng çatmır və şahid Elçin Çıraqova müraciət edir.
«3-cü mikrorayonda bir kafedə oturmuşduq. Elçin mənə dedi ki, şikayət etmək istəyirsənsə, ərizə yaz ver, biz məşğul olarıq», - S.Rüstəmova bildirib. Beləliklə, kafedə yazılan ərizə ilə MTN-in məsələyə qətiyyən aidiyyəti olmayan idarəsi 30 min manatın N.Kərimovdan alınması əməliyyatına başlayır.
Kafedə yazılan ərizəyə restoranda verilən cavab
Ümumiyyətlə, şahidləri və zərərçəkmişləri dinlədikcə, insanda elə təəssürat yaranır ki, söhbət hansısa sanballı dövlət qurumundan və onun işçilərindən deyil, vacib məsələlərini müxtəlif iaşə obyektlərində həll etməyə öyrəşmiş kriminal aləm nümayəndələrindən gedir. Sözügedən epizod da bu baxımdan çox nümunəvidir.
Bir neçə gündən sonra Sevinc Rüstəmova MTN-ə dəvət olunur və zərərçəkmiş Neman Kərimovla üzləşdirilir. Şahidin sözlərinə görə, MTN-də işləyən Vüqar Muxtarov üzləşmə vaxtı zərərçəkmiş Neman Kərimova fiziki təzyiq göstərib.
Bu üzləşmədən 4-5 gün sonra təqsirləndirilən Səlim Məmmədov və onun idarəsində çalışan Elçin Çıraqov Sevinci «Şəki» restoranına dəvət edirlər. Burada ona 20 min əvəzinə 14 min manat verilir və bildirilir ki, 6 min manat da sonra çatdırılacaq.
Üstündən 1 aya yaxın vaxt keçsə də, 6 min manat yiyəsinə çatdırlımır və şahidin sözlərinə görə, o, vəkilə 50 manat verərək, Daxili İşlər Nazirliyinə ərizə yazır. «Bandotdel»də pulun yerdə qalan hissəsi də S.Rüstəmovaya təqdim olunur.
Keçmiş MTN işçisi və Akif Çovdarovun qanunsuz tapşırıqları
Cinayət işi üzrə ifadə verən şahid, 2013-cü ilə kimi MTN-də çalışmış, indi özəl şirklətlərdən birinin işçisi olan şahid Elçin Çıraqov ifadəsinə başlayaraq bildirdi ki, təqsirləndirilənlər Akif Çovdarovun və Səlim Məmmədovun qanunsuz tapşırıqlarını yerinə yetirməkdən imtina etdiyi üçün işlədiyi son 3 il ərzində nazirlikdə ona heç bir iş tapşırılmayıb: «Səhər işə gəlirdim, nahara kimi kabinetdə otururdum, nahardan da sonra axşama kimi. 3 il belə işlədim. Sonra raport yazaraq, ehtiyata göndərilməyimi istədim və təqaüdə çıxdım».
Epizod üzrə ifadəsini şahid Elçin Çıraqov «tanımıram», «görməmişəm», «bilmirəm» və «xatırmalıram» kimi ifadələr üzərində qurdu.
Dövlət ittihamçısının və vəkillərin xahişi ilə prosesə sədrlik edən hakim Həbib Həsənov şahidin istintaqa verdiyi və buradakı ifadəsi ilə daban-dabana zidd olan ifadəsini oxudu. Bundan sonra prokurorların və vəkillərin suallarına cavab verən Elçin Çıraqov tamam başqa mətləblərdən danışdı.
MTN «qadın alverçisi» ilə işbirliyinə gedir
Məlum oldu ki, Elçin Çıraqov dostluq etdiyi Neman Kərimovun vasitəsilə Sevinc Rüstəmova ilə təsadüfən tanış olmayıb. «Bilirdim ki, onun vasitəsilə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə qızlar aparılıb-gətirilir. Bir əməliyyatçı kimi bu mənə maraqlı gəldi və əlaqə yaratmaq istədim. Sonra Sevinci Səlim Məmmədovla tanış etdim», - E.Çıraqov bildirib.
Onun sözlərinə görə, Sevincin sözlərinə rəğmən, ərizəni heç də kafedə yazdırmayıb: «Bizim iş yerində buna kifayət qədər imkan var idi, kafedə niyə yazdırmalı idim ki?»
Şahid Sevinc Rüstəmovanın sözlərinin əksinə olaraq, Elçin Çıraqov pulların da şikayətçiyə restoranda verilmədiyini dedi. Halbuki, işin məhz restoranda həll olunduğunu sonradan təqsirləndirilən Səlim Məmmədov özü də etiraf etdi.
İfadə verən E.Çıraqov zərərçəkmiş N.Kərimovun dindirilməsi zamanı orada olmadığını və prosesdən xəbərsiz olduğunu qeyd etdi.
Səlim Məmmədov «verbovka» əməliyyatı barədə
Şahidlər ifadə verdikdən sonra təqsirləndirilən, keçmiş MTN-də idarə rəisi işləmiş, general Akif Çovdarovun «sağ əli» Səlim Məmmədov epizodla bağlı ifadə verdi.
Onun sözlərinə görə, Neman Kərimov MTN-ə borc məsələsinə görə çağırılmayıb: «Narkotiklərlə bağlı bir iş var idi. Fikirləşdik ki, ondan istifadə edək. Mən indi burda hər şeyi olduğu kimi danışmaq istəmirəm, qapalı iclasda təfərrüatları deyə bilərəm». Eyhamlardan aydınlaşdı ki, məqsəd N.Kərimovdan bəzi məlumatları almaq və sonradan onunla əməkdaşlıq etmək olub.
Lakin «təsadüfən» elə həmin gün Sevinc Rüstəmovanın ərizəsi MTN-ə daxil olur: «Ərizəni görən kimi dedim ki, bu iş bizlik deyil. Sonrasından xəbərim yoxdur. Amma zərərçəkmişin dediyi kimi, adam «sağmal inək» kimi döş cibində 80 min manatla MTN-ə daxil ola bilməz, qapıdan buraxmazlar».
Amma sonradan necə olubsa, idarənin «işi olmayan» məsələyə görə Səlim Məmmədov bir neçə dəfə Neman Kərimovun mərhum dayısı ilə görüşüb və Sevinc Rüstəmovaya çatacaq pulları alıb.
MTN-in idarə rəisi Sevinc Rüstəmovaya niyə zəng edib?
Bütün bu proseslər 2009-cu ildə baş verib. Lakin maraqlı bir məqamı da oxucuların diqqətinə çatdıraq. Bunu iclasın gedişində Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib.
Vəkilin sözlərinə görə, telefon zənglərinin açıqlamalarından görünür ki, 2009-cu ildə Elçin Çıraqovla Sevinc Rüstəmova arasında mütəmadi əlaqə olub. Başqa sözlə, zənglərin sayı həddən artıq çoxdur. Lakin Səlim Məmmədovla Sevinc Rüstəmova arasında bircə telefon əlaqəsinə də rast gəlinməyib, ta ki 2011-ci ilə qədər.
Yəni ki, Səlim Məmmədov MTN işçisinin «qadın alverçısı» adlandırdığı şəxsə bütün bu proseslər bitdikdən xeyli sonra zəng edib. Əcəba, nəyə görə?
Növbəti məhkəmə iclası çərşənbə günü, yanvarın 25-də keçiriləcək.